atatv.az
atatv.az

Restoran sahiblərini dərd götürüb: - Obyekti bağlamaq bu şərtlərdən sərfəlidir

9-07-2020, 09:34


Koronavirus pandemiyası (COVID-19) zamanı restoranlarda hər bir şəxs üçün sahə norması müəyyən edilib. Bu qayda Nazirlər Kabinetinin iyulun 6-da təsdiqlədiyi "Koronavirus pandemiyası (COVID-19) zamanı yemək obyektlərində müştəriləri qəbul edərkən adambaşına qoyulan sıxlıq normaları"nda əksini tapıb.

Yemək paylama xidməti olan 100 nəfərlik bir salona malik restoranlarda hər adam üçün müəyyən edilmiş sahə 5,08 kvadratmetr olmalıdır. Əgər salonda qida paylama xidməti yoxdursa, hər adam üçün sahə 3,6 kvadratmetr olmalıdır.

100 nəfərdən çox adamlıq salonu olan, qida paylama xidməti mövcud olan restoranlarda hər adam üçün müəyyən edilmiş sahə 4,4 kvadratmetr olmalıdır. Ayrıca, salonda qida paylama xidməti yoxdursa, hər adam üçün sahə 3,6 kvadratmetr nəzərdə tutulur. Nazirlər Kabinetinin (NK) qərarında restoranlarda özünəxidmətin təşkili nəzərdə tutulmur.

NK-nın bu qərarı restoran və qida sahəsi ilə məşğul olan mütəxəssislərdə bir sıra suallar yaradıb. Milli Kulinariya Mərkəzinin (MKM) prezidenti Tahir Əmiraslanov AYNA-ya deyib ki, əgər restoranda yemək paylama xidməti varsa və hər bir şəxs üçün müəyyən edilmiş sahə 5,08 kvadratmetr olmalıdırsa, belə bir ərazini nəzərə almalı olan ofisiant müştəriyə necə xidmət edəcək?

“Axı ofisiant mütləq müştəriyə yaxınlaşmaq və onunla dəfələrlə ünsiyyətə olmaq məcburiyyətində qalacaq. Düşünürəm ki, restoranlarda Nazirlər Kabineti tərəfindən tətbiq olunan qaydalara riayət etmək yalnız özünəxidmət sistemi tətbiq olunmaqla mümkündür”, - Əmiraslanov bildirib.

Adının çəkilməsini istəməyən restoran sahiblərindən birinin AYNA-ya dediyinə görə isə, Nazirlər Kabinetinin qərarında restoranlarda özünəxidmətin təşkilinin nəzərdə tutulmamasının səbəbi ofisiantların işdən azad edilməsinin qarşısını almaqdır: “Amma restoranlarda özünəxidmət sistemi tətbiq olunmasa, müştərilərə xidmət edən ofisiantlara koronavirusdan qoruyucu forma geyindərməli olacağıq. Çünki, müştərilər arasında işçilərimi yoluxdura biləcək koronavirus xəstəsi ola bilər”.

“Ofisiantlardan birinin koronavirusa yoluxduğu məlum olsa, onda sadəcə olaraq, insanlar mənim restoranıma gəlməyəcəklər. Mövcud qaydalara əsasən, qoruyucu forma gündəlik yenilənməlidir. Bu isə mənim üçün əlavə xərcdir. Müştərilərlə ünsiyyət zamanı ofisiantların koronavirusa yoluxmadığına tam əmin olmaq üçün hər iş gününün bitməsindən sonra onları koronavirus testindən keçirməliyəm. Bu testin xərclərini də mən ödəməli olacam. Bu qədər xərcləri çəkməklə, mən heç nə qazana bilməyəcəm. Ondansa, obyekti bağlayıb getmək daha yaxşıdır”, - deyə restoran sahibi vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31