atatv.az
atatv.az

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

10-07-2020, 18:03

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı


Son 24 saatda Azərbaycanda 526 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 502 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 22 990 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 14 093 nəfər müalicə olunaraq sağalıb, 292 nəfər vəfat edib, 8 605 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 576, ötən müddət ərzində isə ümumilikdə 552 311 test aparılıb.

Xatırladaq ki, 09 iyulda 548 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31