atatv.az
atatv.az

Yüksək qan şəkəri COVID-19-dan ölüm riskini iki qat artırır

11-07-2020, 07:01

Yüksək qan şəkəri COVID-19-dan ölüm riskini iki qat artırır




Yeni növ koronavirus (COVID-19) infeksiyasının daha bir qorxunc xüsusiyyəti müəyyən edilib.

Bu barədə “Atatv.az” RİA “Novosti”yə istinadən xəbər verir.

Xuaçjun Elmi-Texnologiya Universitetinin professoru Yan Çzinin rəhbərliyi altında həkimlər 24 yanvar və 10 fevral tarixləri arasında Uhan xəstəxanalarına qəbul edilən 600-dən çox xəstənin məlumatlarını təhlil ediblər.

Çinli həkimləri müəyyən edib ki, yeni koronavirus qanda şəkəri yüksək olan xəstələrin ölüm riskini iki qat artırır. Hətta xəstə şəkərli diabetdən və ya piylənmədən əziyyət çəkməsə belə infeksiya pasiyentin ölümünə səbəb ola bilər.

Həkimlər bildirir ki, koronavirus infeksiyası olan bir pasiyent xəstəxanaya daxil olan zaman öncə qanda şəkərin miqdarı ölçülməlidir.

Onların nəticələri "Diabetologia" elmi jurnalı tərəfindən yayımlanıb.

Koronavirus (COVID-19) pandemiyası zamanı ürək, qan-damar sistemi xəstəliklərindən sonra şəkərli diabet xəstəliyi olanlar ikinci böyük risk qrupuna daxildirlər. Xüsusilə xəstəlikdən 10 ildən artıq əziyyət çəkənlər, yaşı 45-i adlayanlar, diabet ağırlaşması və piylənməsi olanlar, eləcə də siqaret çəkənlər daha yüksək risk qrupuna daxildirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31