atatv.az
atatv.az

Siyasi Partiyanın fəaliyyətinə dövlət dəstəyi və Siyasi Partiyanın ölkənin daxili və xarici siyasətində sağlam fəaliyyəti

11-07-2020, 23:39

   Siyasi Partiyanın fəaliyyətinə dövlət dəstəyi  və Siyasi Partiyanın ölkənin daxili və xarici  siyasətində sağlam fəaliyyəti

Hər bir siyasi partiyanın fəaliyyəti dövlətin ərazi bütövlüyünə, suverenliyinə, konstitutsiya quruluşuna, iqtisadi və maliyyə inkişafına, vətəndaş azadlıq və həmrəyliyinə, demokratiyanın qorunub saxlanmasına yönəlməli və mütəmadi olaraq ölkə vətəndaşının yaşayış səviyyəsinin yaxşılaşdırılmasını təmin edən real təkliflər planına əsaslanan iqtidar-müxalifət prinsipləri çərçivəsində qurulmalıdır. Bu prinsiplər çərçivəsində iqtidar-müxalifət ideyalarının birləşməsi ölkənin iqtisadi və siyasi dayaqlarının daha güclü olmasına və milli mənafelərin qorunmasına xidmət etmiş olur.
Bütün demokratik dövlətlərdə olduğu kimi Müstəqil Xalq Partiyası rəsmi dövlət qeydiyyatına alınanadək olan dövrdə və rəsmi dövlət qeydiyyatına alındığı andan da bu prinsiplər əsasında fəaliyyət göstərir və təbliğatını qurur. Heç bir siyasi partiya rəhbərinə və partiya üzvlərinə siyasi fəaliyyəti şəxsi mənafeləri və narazılıqları çərçivəsində qurmasına icazə verilmir. Çünki siyasi partiyanın fəaliyyəti ümumxalq mənafeyinə söykənir. Siyasi cəhətdən düzgün maarifləndirilmiş hər bir vətəndaş ölkəsinin, dövlət və dövlət atributlarının, millətinin qədrini bilən və peşəkar təmsilçiyə çevrilən vətəndaş hesab olunur.
Bu gün Azərbaycan reallığında cöx təəssüf doğuracaq bir haldır ki, istər iqtidarda, istərsədə müxalifətdə təmsil olunmasından asılı olmayaraq yalnız barmaqla sayılası ziyalı və ya sadə təbəqədən olan insanlarımız belə bir vətəndaş statusu qazana biliblər. Belə bir vəziyyət bəzi iqtidar və müxalifət nümayəndələrinin şəxsi mənafelərini ümumxalq mənafelərindən üstün tutmasından irəli gəlib. Prezident İlham Əliyevin başladığı köklü islatlar bütün bu neqativləri cox qabarıq şəkildə üzə çıxartdı və şəxsi ambisiyalarına görə ifşa olunanlar göz qabağındadır. Bütün baş verənlərə - dövlət qeydiyyatına alınmış partiyalardan cüzi istisnalar olmaqla istər pandemiya ilə istərsədə mövcud iqtisadi-siyasi vəziyyət barədə dünyada gedən proseslər və dövlət tərəfindən görülən işlərlə bağlı heç bir siyasi rəy bildirilmir, maarifləndirilmə işi aparılmır, aparılsada yalnız görnüş xatirinə edilir. Ölkədəki vəziyyətin vətəndaşlar tərəfindən döğru və düzgün dərk edilməsi təbliğatı siyasi partiyaların sağlam düşüncə və fəaliyyət prinsipinə cevrilməlidir.
Təqdirə layiq haldır ki, 07.07.2020-ci il tarixində Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələri tərəfindən Azərbaycanda siyasi partiyalar arasında geniş müzakirələrin aparılması üçün videokonfrans formatında görüş keçirilib və görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də iştirak edib. . Parlament cəmiyyətdə mövcud olan əsas siyasi qüvvələrin, cərəyanların və fikirlərin bütün spektrini tam əks etdirir, siyasi dialoq, milli və dövlətçilik məsələləri ətrafında əməkdaşlıq Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulmasına xidmət edir.
“Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağırışlar” mövzusunda keçirilən görüşdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova ilk dəfə olaraq müxalifət nümayəndəsinin Milli Məclis Sədrinin müavini vəzifəsinə seçilməsini, müxalifət nümayəndələrinin həm sədr, həm də müavin vəzifələrində parlamentin komitələrinə başçılıq etmələrini bildirib. Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev Prezident Administrasiyasında ilk dəfə olaraq xüsusi struktur bölməsinin yaradılmasının ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm iş aparılması, sağlam əməkdaşlığın qurulması, habelə Milli Məclis ilə daha nizamlı əlaqələrin təşkili işinə verdiyi əhəmiyyətdən irəli gəldiyini diqqətə çatdırıb. Həmçinin pandemiya dövründə ölkədəki siyasi partiyaların mütləq əksəriyyətinin dövlət başçısının siyasətini yaxından dəstəklədiyini, Azərbaycanda iqtidar ilə müxalifət arasında milli maraqlar naminə indiyədək müşahidə edilməyən yaxınlaşmanın və ölkənin siyasi mühitində sağlam əməkdaşlıq şəraitinin meydana gəldiyini vurğulayıb. Belə bir addım ölkədə siyasi sistemin yeni konfiqurasiyasına yol açmaqla yanaşı, Milli Məclisdə gedən proseslərə müsbət təsir göstərir və artıq başa çatmış yaz və növbədənkənar sessiyalarda parlamentin uğurla fəaliyyət göstərməsi, eləcə də buna münasibətdə ümumi ictimai rəyin müsbət olması islahatların uğuru kimi qiymətləndirilə bilər.
Milli Məclisdə təmsil olunan siyasi partiyaları təmsil edən deputatlar müxtəlif mövzularda; siyasi partiyalar arasında saglam dialoqun qurulması, fəaliyyəti gözə çarpmayan bəzi siyasi partiyaların dövlət qeydiyyatına yenidən baxılması, aktiv fəaliyyət göstərən siyasi partiyalara ofislərin ayrılması, maliyyə dəstəyinin göstərilməsi, Partiya fəalları ilə görüş və iclasların keçirilməsi məqsədi ilə iclas zalının ayrılması ilə dövlət dəstəyinin artırılması üzrə çıxışlar ediblər. Ölkə Prezidentinin təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlanıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır və bu, iqtidar-müxalifət münasibətlərinin müzakirələr vasitəsilə inkişaf etdirilməsinə söykənir.
Qeyd olunanlara əsasən Müstəqil Xalq Partiyası ümumi və bəyəniləcək müraciətlə çıxış edir;
Dövlətin dəstəyi;
- Fəaliyyətdə olan siyasi partiyalar arasında siyasi sağlam münasibətlərin qurulması, vətəndaşlar arasında siyasi maarifləndirmə işinin aparılması, vətəndaş həmrəyliyinin yaranması, dövlətin apardığı islahatlara dəstəyin göstərilməsi və iştirakçısına çevrilməsi məqsədi ilə siyasi partiyalara dövlət dəstəyinin gücləndirilməsi;
- Siyasi partiyanın ofis və iş şəraiti ilə təmin olunması, maliyyə dəstəyinin göstərilməsi;
- Pandemiya dövründə video görüşlərin keçirilməsi məqsədi ilə lazımı avadanlıqlarala təmin olunması;
- Heç bir siyasi fəaliyyəti olmayan və ya xarici dəstəyə arxalanmaqla təxribatçılıq fəaliyyəti göstərən siyasi partiyaların dövlət qeydiyyatı məsələsinə yenidən baxilmaqla fəaliyyətlərinə hüquqi qiymət verilməsi;
- Siyasi partiyaların dövlətin iqtisadi və siyasi gücünün möhkəmləndirilməsinə, vətəndaşın maddi və mənəvi vəziyyətinin yaxşılaşdırılmasına yönələn proqram və təkliflərinə sağlam münasibət göstərilməsi;
- Kütləvi informasiya vasitələrində və sosia şəbəkələrdə aktiv iştirakına lazımı dövlət dəstəyinin göstərilməsi.
Siyasi partiyaların sağlam siyasi fəallığının aktivləşdirilməsi;
- Hər bir siyasi partiya siyasi fəalları içərisində və siyasi fəalları ilə ümumi vətəndaşlar arasında ideoloji fəaliyyətini gücləndirməli;
- Siyasi fəallarının kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə fəal iştirakını təmin etməli;
- Ümumi vətənpərvərlik ruhunun yaradılması və dövlətin gördüyü təqdirəlayiq tədbirlərin dəstəklənməsinə səy göstərməli;
- Mənfi rəy yaradan və vətəndaşın maddi və mənəvi hüquqlarına toxunan dövlət tədbirləri ilə bağlı sağlam fikirlərini bildirməli;
- Sağlam siyasi maarifləndirmə işi aparmalı;
- Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə vətəndaşa çaşdırıcı və təxribat xarakterli informasiyalara dərhal fikir bildirməklə saglam rəy formalaşdırmaq;
- Vətəndaşla dövlət arasında saglam mühitin yaradılmasına dəstək olmaq;
- Pandemiya dövründə video görüşlərin keçirilməsinə üstünlük vermək;
- Ayr-ayrı fərdlərin neqativ əməllərinin fəsadlarını ümumi dövlətçilik mənafeyinin pozulmasına yönəltməmək;
- Mövcud vəziyyətdə və mövcud proseslərdə, torpaqların işğaldan təmizlənməsində vahid dövlətçilik prinsipi ilə çıxış etmək, yaranmış vəziyyətə dərhal sağlam fikirlərlə ümumi mənafeyə xidmət etmək.
Qeyd olunan prinsiplər əsasında dövlətin dəstəyi və siyasi partiyanın aktiv fəaliyyəti dövlət maraqlarının və demokratiyanın inkişafına dövlətin iqtisadi və siyasi gücünün möhkəmləndirilməsinə xidmət edir. Mövcud vəziyyətdə bu prinsiplərin tətbiqi zəruridir.

Əflan İbrahimov

Müstəqil Xalq Partiyasının sədri


AtaTv.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31