atatv.az
atatv.az

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının çağırılması ve keçirilməsinə MXP-nin dəstəyi

12-07-2020, 17:07

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü  ilə BMT Baş Assambleyasının xüsusi iclasının  çağırılması ve keçirilməsinə MXP-nin dəstəyi

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama
Hərəkatının (QH) sədri cənab İlham Əliyevin təşəbbüsü ilə QH-na üzv ölkələr adından
pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında
BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklif edilmişdir. Bu təşəbbüs
həm QH ölkələri, həm də digər BMT üzv dövlətləri tərəfindən dəstəklənmişdir. 130-dan
çox ölkə öz rəsmi dəstəyini ifadə etmişdir.
Bunlar arasında BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlərindən tutmuş kiçik
ada ölkələrinə qədər dövlətlər yer almışdır. TŞ-nin daimi üzvü Rusiya Federasiyası da
həmin ölkələr sırasındadır. Rusiyanın BMT yanında Daimi Nümayəndəsi Vasili Nebenza
və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova öz müsahibələrində bu
barədə məlumat vermişlər. Rusiya tərəfi Prezident İlham Əliyevin təşəbbüsünü yüksək
qiymətləndirmiş və xüsusi sessiyanın təşkili istiqamətində əməkdaşlığa hazır olduğunu
bildirmişdir.
Bu gün yalnız BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə məşğul olur
və müvafiq açıqlamalar verir. Lakin bu təşkilat məsələnin yalnız səhiyyə aspekti ilə
məşğuldur. Bəs məsələnin siyasi, iqtisadi, sosial və digər aspektləri niyə yaddan çıxır.
Bəşəriyyətin BMT-yə ən çox ehtiyacı olduğu bir zamanda BMT susur. Əgər indiki anda
BMT görünmürsə, bəs bu problemlə kim məşğul olacaq. Məgər BMT-dən böyük hansısa
təşkilat var? Bu mənada hazırda BMT-yə inam, təşkilatın etibarlılığı ciddi imtahan
qarşısındadır.
Prezident İlham Əliyev tərəfindən videokonfrans formatında BMT Baş
Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklifi Partiya fəallarının və ümumilikdə
saglam düşüncəli insanların böyük maraq və dəstəyinə səbəb olmuş və BMT bütün dünya
dövlətlərinin təmsil olunduğu ən böyük beynəlxalq platforma olduğundan Bəşəriyyətin
BMT-dən böyük gözləntiləri var. Partiyanın maarifləndirici dəstəyi kütləvi informasiya
vasitələrində dərc edilmişdir.
İyulun 10-da Xüsusi Sessiya rəsmi olaraq başlayır. Lakin dövlət və hökumət
başçıları səviyyəsində müzakirələrin keçirilmə vaxtı dövlətlər arasında aparılacaq
məsləhətləşmələrdən asılıdır.
BMT tarixində 31 Xüsusi Sessiya keçirilmişdir. Bunlardan yalnız üçü dövlətlər
tərəfindən çağrılmışdır. Lakin Azərbaycanın təklifi ilə Xüsusi Sessiya ilk dəfə olaraq
dövlət və hökumət başçıları səviyyəsində və videokonfrans formatında olacaq.
Beləliklə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev öz önəmli
təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atmışdır.
BMT çərçivəsində virtual formatda belə bir önəmli tədbirin keçirilməsi, əlbəttə, bir
yenilikdir. Lakin BMT-nin bununla bağlı tənzimləyici prosedur qaydalarının olmaması
prosesi dayandırmalı və ya ləngitməli deyil. Aydındır ki, qaydalar önəmlidir, lakin yeni
reallıq şəraitində BMT də buna uyğunlaşmalı və çevik reaksiya verməlidir. Hazırda
bəşəriyyət İkinci Dünya Müharibəsindən bəri ən böyük təhlükə ilə üzbəüz qalmışdır. Buna görə də, BMT özünün prosedur qaydalarının girovuna çevrilərək bu miqyaslı qlobal
problemin həllindən kənarda qalmamalıdır. Belə qlobal təhdidlər şəraitində BMT
vəziyyətə adekvat reaksiya verərək prosedur qaydalarını dəyişdirmədən (bu uzun vaxt
apara bilər) müstəsna və presedent yaratmayan hal kimi videokonfrans formatında
Xüsusi Sessiyasını keçirməlidir.
Artıq virtual formatda yüksək səviyyəli tədbirlərin keçirilmə təcrübəsi formalaşıb.
Belə ki, Böyük Yeddilik və Böyük İyirmilik kimi nüfuzlu təsisatların görüşləri məhz bu
formatda keçirilib. Yəni texniki imkanlar mövcuddur, sadəcə siyasi istək və iradə olmalıdır.
İndiki anda bütün dövlətlərdən çeviklik, kompromis ruhunda əməkdaşlıq tələb olunur.
Təbii ki, burada başlıca məsuliyyət Təhlükəsizlik Şurasının üzvlərinin üzərinə düşür.
Pandemiya dövründə artıq Azərbaycan bir sıra önəmli tədbirlərin virtual formatda
keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. Belə ki, cənab Prezidentin
təşəbbüsü və sədrliyi ilə aprel və may aylarında Türk Şurasının və Qoşulmama
Hərəkatının videokonfrans formatında, dövlət və hökumət başçıları səviyyəsində
sammitləri keçirilmişdir.
Pandemiyanın yaratdığı maneələrə cavab olaraq Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev beynəlxalq aləmdə rəqəmsal
diplomatiyanın təşəbbüskarı olmuşdur.
Azərbaycan videokonfrans vasitəsilə Xüsusi Sessiyanın təşkil olunması ilə bağlı
formatın və modallıqların müəyyənləşdirilməsi, Xüsusi Sessiyanın sonunda mümkün
qətnamənin qəbul edilməsi üçün bütün üzv ölkələrlə əməkdaşlığa hazırdır.
Azərbaycan BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil edilməsi üçün BMT-
yə texniki sahədə dəstək verməyədə hazırdır.
Ümidvarıq ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü
nəticəsində nəhayət ki, BMT öz rəsmi fəaliyyətini bərpa edərək pandemiya ilə mübarizə
kimi önəmli qlobal məsələnin müzakirəsini apara biləcək. İnanırıq ki, bu müzakirələr
nəticəsində bəşəriyyəti bu pandemiyanın əlindən xilas edə biləcək önəmli qərarlar
veriləcək.
Belə bir çətin qlobal vəziyyətdən cıxmaq yollarının axtarılmasında dünya dövlətləri
çaşqın bir vəziyyətdə qaldığı bir məqamda Prezident İlham Əliyevin daim siyasi
təşəbbüskarlığı alqışa layiqdir və böyük gözləntilərə ümid yaranır. Xalqın böyük ümüd və
hörmətini qazanmış Prezident İlham Əliyev partiya fəalları və cəmiyyətin bütün sağlam
qüvvələri tərəfindən daim dəstəklənir.

Əflan İbrahimov

Müstəqil Xalq Partiyasının sədri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31