atatv.az
atatv.az

Deputat şəhid valideynlərə səsləndi: “Mən də sizin övladınızam”

13-07-2020, 14:53

Deputat şəhid valideynlərə səsləndi: “Mən də sizin övladınızam”


“İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozublar, mövqelərimizi atəşə tutublar. Azərbaycan Ordusunun hərbi qulluqçuları - baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar. Allah şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə səbr diləyirəm”.

Atatv.Az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Kamal Cəfərov bildirib.

Deputat söyləyib ki, o özü də şəhidi olan valideynlərin bir övladıdır və həmişə onların qulluğunda hazırdır. Millət vəkili deyib ki, gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib, şəhidlərimizin qisası alınıb:


“Lakin düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir. Hazırda Azərbaycan Silahlı Qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistan tərəfi hər hansı ərazi əldə etməyə müvəffəq olmayıb. Hesab edirəm ki, Ermənistan rəhbərliyi bu təxribatı törətməklə hazırda COVİD-19-un Ermənistanda geniş yayılması ilə daha da kəskinləşən sosial-iqtisadi böhrandan diqqəti yayındırmaq istəyir. Dünya birliyi koronavirusla mübarizə aparır, Ermənistan isə bu cür təxribatlara əl atır. Məqsədləri aydındır. Lakin beynəlxalq ictimaiyyət bilməlidir ki, Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur”, - deyə, K.Cəfərov əlavə edib.

Xatırladaq ki, Ermənistanın Tovuz istiqamətindəki təxribatları zamanı Azərbaycan Ordusunun dörd hərbçisi şəhid olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31