atatv.az
atatv.az

2017-ci ildə spikerin arvadı özündən çox qazanıb... - 344,5 min dollar

31-03-2018, 19:26

2017-ci ildə spikerin arvadı özündən çox qazanıb... - 344,5 min dollar
Ermənisrtan Milli Məclisinin spikeri Ara Babloyanın həyat yoldaşı Manuşak Yeritsyan kommersiya şirkətlərindəki payını artırmaqla yanaşı, 168 milyon dram(təxm. 345 min dollar) dəyərində bahalı daşınmaz əmlak da alıb.

Moderator.az yazır ki, bu haqda işğalçı ölkənin mediası xəbər yayıb. 2017-ci ildə yüksək rütbəli məmurların etika komissiyasına təqdim olunmuş əmlak və gəlir haqqında bəyannaməyə əsasən erməni spikerin arvadı 57 milyon və 61 milyon dram dəyərində olan iki ictimai binanı alıb. Manuşak Yeritsyan, həmçinin, bir şirkətin 113 milyon dram dəyərində payını alıb. Qanuna uyğun olaraq şirkətin adı bəyannamədə göstərilmir.

Üç il bundan öncə erməni saytlarından biri Ara Babloyanın ailəsinin biznesi haqqında yazmışdı. Yazıda bildirilirdi ki, Manuşak Yeritsyan “Arabkir” - Uşaq və yeniyetmələrin sağlamlığı institutu” tibbi kompleksi səhmlərinin 31,30%, “Amaran-Med” MMC-ninkilərinin 34%-nə və s. malikdir.
2017-ci ildə parlament sədrinin həyat yoldaşının gəlirləri 167.728.580 milyon dram (təxm. 344,5 min dollar) olub. Bunun 122 milyonu dividendlərdən meydana gəlmişdir. Müqayisə üçün qeyd edək ki, 2016-cı ildə Manuşak Yeritsyan 217 milyon dram gəlir əldə edib. Eyni ildə xanım Yeritsyanın 231.500.000 dram və 12.000 dolları olub. Verilmiş kreditlərin həcmi isə 150.000.000 dram təşkil edib.
Ara Babloyan 2017-ci ildə 36,243,738 dram gəlir əldə edib. Parlamentin rəhbəri həmçinin 24.700.000 dram və 10.000 dollar məbləğində kredit verib. Onun hesablarında 23.385.000 dram, 27.250 dollar, 13.304 avro və 7.000 İsveçrə frankı olub.

Xatırladaq ki, A. Babloyan 2017-ci ilin may ayında Milli Məclis sədri vəzifəsinə təyin olunub. İl ərzində parlamentin spikeri daşınmaz əmlakla bağlı əməliyyatlar icra etməyib. O, 10 torpaq sahəsinə, bir iqamətgah və bir binaya sahibdir.

P.S....
Atatv.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031