atatv.az
atatv.az

Milli Məclisə dəyən zərərin məbləği açıqlandı

15-07-2020, 19:02

Milli Məclisə dəyən zərərin məbləği açıqlandı


Ötən gün axşam Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq Parlamentin inzibati binasına daxil olub. Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, Parlamentin əmlakına və inventarına ziyan vurub.

Atatv.az xəbər verir ki, dağıntılar zamanı Azərbaycan Respublikasının Milli Məclisinə ümumilikdə 22 150 azn məbləğində maddi ziyan dəyib.

Azərbaycan Respublikası Milli Məclisi olaraq Parlamentdə baş verən təxribatçı fəaliyyəti qəti şəkildə pisləyir, Xalqımız, Dövlətimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda müsəlləh olan ordumuz, döyüşlərdə şəhid olan hərbçilərimiz və mülki əhalinin ruhu qarşısında məsuliyyət daşıdığımızı ifadə edirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31