atatv.az
atatv.az

Ermənistan hərbi bölmələrinin növbəti təxribatı, vətəndaşlarımızın orduya dəstəklə bağlı vətənpərvərlik çağrışları və qarquruhçuların vəziyyətdən istifadə etməklə təxribat cəhdləri ilə əlaqədar MXP-nin xalqa müraciəti

15-07-2020, 19:13

  Ermənistan hərbi bölmələrinin növbəti təxribatı,  vətəndaşlarımızın orduya dəstəklə bağlı  vətənpərvərlik çağrışları və qarquruhçuların vəziyyətdən istifadə etməklə təxribat cəhdləri ilə əlaqədar MXP-nin xalqa  müraciəti


Məlum olduğu kimi İyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib, artiq 3-cü gündür döyüşlər səngimək bilmir.
Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb, Ermənistanın təxribatna qətiyyətli cavab verilib. Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib, Düşmənin aktiv döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi bölmələrimizin dəqiq atəşi ilə məhv edilib. Qızğın döyüşlər zamanı zabit heyəti daxil olmaqla Milli Ordumuz 7 şəhid vermişdir. Şəhidlərimizin cənazəsi xalqımız tərəfindən böyük şərəf və milli adətlərimizə məxsus qurur və kədər hissi ilə qarşılanmışdır. ALLAH ŞƏHİDLƏRİMİZİ RƏHMƏT ETSİN, RUHLARI ŞAD OLSUN.
Ermənistan hərbi bölmələrinin Tovuz rayonu ərazisindəki sərhəd bölmələrində baş vermiş hadisə Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndi. Ürəyi, qəlbi, canı vətən eşqi və canını itirmiş şəhidlərə görə hiddət hissi ilə çırpınan gənclərimiz uyulun 14-dən 15-ə keçən gecə Bakı küçələrinə yürüş etdilər. Ordumuza, torpaqlarımızın azadlığına dəstək nümayiş etdirdilər.
Sapı bizdən olan baltalar, xarici dəstəyə arxalanan daim ixtişaş yaratmaqla hakimiyyətə gəlmək istəyən xalq cəbhəsi və tör-töküntü Milli Şura fəalları, hakimiyyətin islahatlarından narazı qalan ağzı yağlı tikədən çıxan milli və torpaq sevgisi olmayanların dəstəyi ilə xalqın bu birliyindən istifadə edərək hakimiyyətə qarşı ixtişaş törətmək cəhdlərinə əl atdılar. 1990-cı illərdə baş verənləri təkrarlamağa çalışdılar. Zorla Milli Məclisin binasına daxil oldular, binanın şüşə qapılarının sındırılması, texniki avadanlıq və inventarların qırılması kimi qeyri insani və siyasi fəaliyyətə əl atdılar. Polisin peşəkar fəaliyyəti nəticəsində təxribatçı izdihamın qarşısı alındı.
Budur 5-ci kalon və onlara dəstək verənlərin bu çətin vəziyyətdə xalqın vətənpərvərlik və həmrəylik ruhundan öz mənafelərinə xidmət edən məkrli siyasətləri. Bu yalnız erməni istəyinə rəvac vermək, ordumuzun nəaliyyətlərini pərdələmək, şəhidlərimizin ruhuna sayqısızlıq və vətənə xəyanət kimi qiymətləndirilməlidir. Bütün bu daxildə (Əli Kərimli və onun tronları, hakimiyyətin islahatlarından narazı qalan ağzı yağlı tikədən çıxan milli və torpaq sevgisi olmayanlar) və xaricdə oturub milli hissiyatı və jurnalistika təxəyyülü olmayan nankorlar xalqın qəzəbinə tuş gələcəklər. Artıq onların məsuliyyətə cəlb olunmasının vaxtıdır.
Bütün canı və qanı ilə vətənpərvərlik ruhu ilə çırpınan gənclərimizə üz tutub deyirəm Sizin dəstəyiniz və döyüş ruhunuz xalqımızın qürurudur. Vətən və millət Sizə güvənir. Sizin bu istəyinizdən, Sizin bu çılğınlıgınızdan istifadə edərək təxribat yaratmaq istəyən qüvvələrə imkan verməyin. Vətən Sizinlə fəxr edir, şəhidlərimizin ruhu Sizdə döyünür. Lakin indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Arzuolunmaz xaotik təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər.
Buna görə də bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbulolunmazdır. Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir. Lazımı anda hərbi biliyə və saglamlığa malik insanlarımızdan istifadə olunacaq.
Bu gün biz bir olmalıyıq, pandemiya ilə mübarizədə dövlətimizə və bir-birimizə dəstək olmalıyıq. Gedən döyüşləri səbr və təmkinlə izləməklə ordumuza dəstək olmalıyıq. Mənfur düşmənimiz cox hiyləgərdir və xarici dəstəyə arxalanır. İçərilərində cox böyük təlaş vardır. Biz bundan layiqincə istifadə etməliyik, düşmənə sirr verməməliyik. Bizim birliyimiz düşməni hiddətləndirir və özündən çıxarır. Lap az bir vaxtda torpaqlarımız tam azad olunacaq. Belə bir vaxtda bütün xalqımızı Prezident və Ali Baş komandan İlham Əliyevin ətrafında birləşməyə səsləyirəm.

Əflan İbrahimov

Müstəqil Xalq Partiyasının sədri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31