atatv.az
atatv.az

Arxadakı düşmən: “5-ci kolon” nə istəyir? - TƏHLİL

16-07-2020, 15:08

Arxadakı düşmən: “5-ci kolon” nə istəyir? - TƏHLİL



Uzun zamandır müzakirə mövzusuna çevrilən “5-ci kolon” Azərbaycana qarşı bütün hücumlarda gündəmə gəlir.

İyulun 12-də Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə erməni silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törətməsi ilə başlayan döyüşlərdə dövlət həm də “5-ci kolon”la üz-üzə qalıb. “5-ci kolon” da ermənilərlə bərabər Azərbaycana qarşı hücuma keçib.

Ötən gün dövlət başçısı İlham Əliyev də bu məsələ toxunub və fikrini sərt şəkildə ifadə edib: “Biz “beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz”.

Hazırda Azərbaycan həm görünən düşmənlə, həm də daxildəki ermənilərlə mübarizə aparmaq durumundadır. Bir çoxu “sosial şəbəkə istifadəçisi”, “bloqqer” adı altında gizlənən dövlət düşmənləri ermənilərdən daha çox aktivlik nümayiş etdirir və hər fürsətdə dövlətə, orduya qarşı hədyanlar, yalan, böhran dolu informasiyalar yayır.

Əslində “5-ci kolon” nə istəyir? Niyə ermənilər hücuma keçən kimi onlar da fəallşır?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında bu mənzərənin təəssüfləndirici hal olduğunu deyib:

“Sanki bəzilərinin mövqeyi ermənilərlə eynidir. Son yürüşdə də insanlar öz tələblərini səsləndirdilər, cəmiyyətdəki ruh yüksəkliyini göstərdilər, sonda isə xoşagəlməz insident oldu. Sonra həmin insident bəziləri tərəfindən şişirdildi. Hətta “Facebook”da statuslar oxudum ki, bəzi xaricdə oturanlar yazdı: “Əla, xalq parlamenti ələ keçirdi”, “Polis maşını dağıdıldı”. Sanki ölkəyə nə qədər pisdirsə, bunlara bir o qədər yaxşıdır. Oturublar xaricdə, deyirlər ki, Azərbaycanda xaos, anarxiya, inqilab olsun. Guya bu yolla hakimiyyətə gələcəklər, nizam-intizam yaradacaqlar. 90-cı illərdə gördük ki, inqilab əks-inqilaba səbəb olur. İnqilabla hakimiyyətə gələnlər sonradan ciddi təhlükələrlə üzləşirlər. Bu problemlərin həlli üçün bir istiqamət deyil”.

Poliitoloq xatırladıb ki, müxalifət yekdilliklə dövlət başçısına dəstək ifadə etdi. Müxalifətin mütləq əksəriyyəti bəyan etdi ki, dövlətin və Prezidentin arxasındayıq:

“Amma yenə də 10 milyonluq xalqıq, hamımız da eyni düşünə bilmərik. İçimizdə təxribatçı da, başqa dövlətlərə işləyənlər də olacaq. Bundan qaçmaq olmaz, bu, həmişə olacaq. Əsas elə etmək lazımdır ki, bu qüvvələrin təxribatları özünə yer etməsin, təbilğatı işləməsin. Amma bunun üçün də gərək dövlət təbliğatını düzgün və güclü qursun ki, insanlar “5-ci kolon”a deyil, məhz dövlətə inansın”.

Bu cür ünsürlərin cəzalandırılması məsələsinə gəlincə isə Elxan Şahinoğlu bildirib ki, fərqli fikirli insanlarla daxildə müzakirələr aparmaqla “5-ci kolon”un təbliğatını zərərsizləşdirmək mümkündür:

“Dövlət Təhlükəsizlik Xidməti doğru qərar verdi və dedi ki, cəbhə bölgəsi ilə bağlı yanlış xəbərlər yazanlar cəzalandırılacaq. Bundan sonra mən də diqqət etdim ki, sosial şəbəkələrdə yanlış, təxribatçı paylaşımların sayı xeyli azaldı. Çünki başa düşdülər ki, cinayət məsuliyyətinə cəlb olunacaqlar. Amma məsələ ondadır ki, xaricdə oturanlar da var. Onlar bilirlər ki, dövlətin əli onlara çatmayacaq. Hüquq-mühafizə orqanları onlara qarşı tədbir görə bilməyəcək. Ona görə də onlar bildiklərini edir, təxribatçı informasiyalar yayır, qarışıqlıq, anarxiya yaratmaq istəyirlər. Bu baxımdan onlarla mübarizə aparmaq çətindir. Çünki onların əlində internet kimi təbliğat vasitəsi də var. İnsanların bir qismi də onlara baxır, bəziləri də inanır. Bu da əslində bizim qüsurlardan irəli gəlir. Dövlətin əlində olan imkanlardan yetərincə istifadə etməməsindən yaranır. Əslində polemika mühiti daxildə yaransa, dövlət və zəl televiziyalarda fərqli fikirlərə yer versə, müzakirə içəridə olsa, insanlar da xaricdəkilərin təbliğatına uymaz”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31