ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Bir evdə yaşadığı bibisini öldürdü

Baxış Sayı:97

Bir evdə yaşadığı bibisini öldürdü




İyulun 17-də Sabunçu rayonu ərazisində 1958-ci il təvəllüdlü Afət Allahverdiyevanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sabunçu rayon prokurorluğundan verilən məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü Orxan Allahverdiyevin birlikdə yaşadığı bibisi Afət Allahverdiyevanı şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə nəticəsində küt alətlə baş və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Orxan Allahverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR