atatv.az
atatv.az

QOY HƏYAT BİZİM OLSUN

24-07-2020, 09:43

QOY HƏYAT BİZİM OLSUN

Can deki, can eşidək,
Xoş niyətlə görüşək.
Sevgimizi bölüşək,
Qoy həyat bizim olsun.

Gül əkək, çiçək dərək,
Çiçəklər olsun kövrək.
Sinədə gülsün ürək,
Qoy həyat bizim olsun.

Yel əssin, dan səhərə,
Çıxaq uzaq səfərə.
Köçək qərib şəhərə,
Qoy həyat bizim olsun.

Əl-ələ verək, gəzək,
Arzuyla dolsun ürək.
Bir sevinək, bir gülək,
Qoy həyat bizim olsun.

Çay tək, axsın qanımız,
Sağlam olsun canımız.
Eldə gəzsin adımız,
Qoy həyat bizim olsun.

Azar-bezar bilməyək,
Az danışaq, dinməyək.
Əhdimizdən dönməyək,
Qoy həyat bizim olsun.

ƏL-Vahidəm, kədərsiz,
Qəm yemərəm, qədərsiz.
Yar sevmişəm, əvəzsiz,
Qoy həyat bizim olsun..!

Bakı şəhəri
M.Xiyabani
24.07.2020.

AtaTv.az
QOY HƏYAT BİZİM OLSUN
QOY HƏYAT BİZİM OLSUN






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31