atatv.az
atatv.az

Salam olsun

31-07-2020, 21:06

Salam olsun


Atatv.az saytı alim-şairə, Prezident təqaüdçüsü Mahirə Nağıqızının Azərbaycan və Türkiyə dövlətlərinin dostluğuna, qardaşlığına həsr etdiyi yeni şeirini təqdim edir;

Türkəm deyib hər doğanın,
Amalına salam olsun.
Rəcəb Təyyub Ərdoğanın
Kamalına salam olsun.
Azərbaycan- bağrım, deyən,
Ağrısıdır ağrım, deyən.
Qardaş deyən, yavrum deyən,
Yollarına salam olsun.
Könüllərdə bina olan,
Var ol, haqdan yana olan.
Şəhidlərin xna olan,
Al qanına salam olsun.

Qarabağım cadar-cadar,
Ürəyində qalıb qübar.
Onu aparan sövdəgar,
Karvanına salam olsun.

Nə ərz edim kəlməbaşı,
Daşı, cümlə yükü daşı.
İlhamın əziz qardaşı,
Ad-sanına salam olsun.

Nağıqızı, az de, deyin,
Qardaş verər dərdə çiyin.
Kəlbəcərdə mehmetciyin,
Salamına salam olsun!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31