atatv.az
atatv.az

... ISMAYİL QURBANI ...

1-08-2020, 19:10

 ...  ISMAYİL QURBANI ...

Ulu peyğəmbərin əməli gözəl,
Gəlişi gözəldi, əhdi gözəldi.
Yadigar qoyduğu təməli gözəl,
Pak olan ürəyi, qəlbi gözəldi.
***
Hər kəsin qəlbində arzu, niyyəti,
Gülər insanların, gülər sifəti.
Bəzəyər süfrəsin halal zəhməti,
İsmayılın özü, təbi gözəldi.
***
Kəsilər ailə önündə qurban,
Pirani qocalar yanında duran,
Dilində bismillah, müqəddəs "Quran"
Şirin avazıyla, bəh-bəhi gözəldi.
***
Kimi ocaq çatar, odun qalayar,
Kimi qapı-qapı ətin paylayar.
Yeddi yerə verin, deyər haylayar,
Dilində əzəmi, nitqi gözəldi.
***
Ulu peyğəmbərim, İbrahim ağa,
Saldı İsmayılı, Həcərlə dağa.
Qumlu səhraları döndərən bağa,
Allahın əməli, səyi gözəldi.
***
Abramlı Saramız, Həcərimiz kölə,
Həcv edir, İbrahim evlənmək deyə,
Söyləyir, Əfəndim olmasın şayə,
İsmayıl eşqinə, şərti gözəldi.
***
Mübarək olsun bu günün hörməti,
Səfərbər olunur, elin zəhməti.
İlahi qüvvənin ali hümməti,
Kəsilən qurbanın əti gözəldi.
Elin mübarək adəti gözəldi...

Qurban
Bayramınız
Mübarək
..... 31.07.2020 ....
Əli Vahid Çaylı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31