ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Deputatdan 190 manatla bağlı TƏKLİF

Baxış Sayı:47

Deputatdan 190 manatla bağlı TƏKLİF
“Koronavirus pandemiyası ilə bağlı yeni iqtisadi paket hazırlanmalıdır”.

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Əli Məsimli bildirib.

O qeyd edib ki, yeni iqtisadi paketdə ötən beş ay müddətində görülən tədbirlər analiz edilməli, müsbət tərəflər əsas götürülməlidir.

“Bu gün sahibkarlar öz işçilərinə pul verə bilmir. Yeni işsizlik ordusu yaranıb, amma heç kimin xəbəri yoxdur. Yeni iqtisadi paketdə bu şəxslərin dəqiq uçotu aparılmalıdır”, - deyə Ə.Məsimli əlavə edib.

O bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar vətəndaşlara iyul və avqust ayları üçün də 190 manat birdəfəlik ödəmə verilməlidir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR