ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Nazirdən işsiz şəxslərə müjdə

Baxış Sayı:67

Nazirdən işsiz şəxslərə müjdə


Dövlət başçısının tapşırığı ilə ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb, özünüməşğulluq proqramı genişləndirilib. Bu il proqram çərçivəsində 12 min ailənin kiçik ailə təsərrüfatlarının yaradılması işləri aparılır.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi bugünkü mətbuat konfransında deyib.

"Dünya Bankı, BMT İnkişaf Proqramı, Heydər Əliyev Fondu, yerli banklar, habelə dövlət qurumlarından KOBİA, ABAD, Qida Təhlükəziliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi də bu proqramın genişləndirilməsi və dəstəklənməsi işlərinə cəlb edilib", - o bildirib.

Nazir işsiz şəxslərin sosial müdafiəsində mühüm dəstək kimi işsizlikdən sığorta ödənişlərinin də əhatə dairəsinin genişlənəcəyini bildirib:

"Həmin ödənişin təyinat şərtlərinin yumşaldılması üçün hazırlanmış qanun layihəsi artıq parlamentdə müzakirə olunur. Layihə qəbul edildikdə, bu, işsizlikdən sığorta ödənişi alanların sayının artırılmasına, cari il üçün həmin sayın artıq 20 minə çatdırılmasına imkan verəcək".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR