atatv.az
atatv.az

Prezident Naftalan və Goranboya 6 milyon manat ayırdı

5-06-2018, 18:07

Prezident Naftalan və Goranboya 6 milyon manat ayırdı
Prezident İlham Əliyev Naftalan şəhərində yeni körpələr evi-uşaq bağçası binasının tikintisi ilə bağlı sərəncam imzalayıb. Atatv.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən Naftalan şəhərində yeni 200 yerlik körpələr evi-uşaq bağçası binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentinin ehtiyat fondundan Naftalan Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.



Dövlət başçısı digər bir sərəncamı ilə Goranboy şəhərində qəzalı vəziyyətdə olan çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 40 mənzilli yaşayış binasının tikintisi üçün Goranboy Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930