ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Tehranın özünə də təhlükəli “KÜRD PLANI” - TƏHLİL

Baxış Sayı:41

Tehranın özünə də təhlükəli “KÜRD PLANI” - TƏHLİL

Güney Azərbaycanda etiraz aksiyası keçirilib.

Buna səbəb mühacir kürdlərin Muğan bölgəsinə köçürülməsi olub. Belə ki, Güney azərbaycanlı sosial şəbəkə istifadəçiləri məsələ ilə bağlı müxtəlif videolar paylaşaraq kürdlərin planlı şəkildə Muğanın Parsabad vilayətinə köçürülməsiylə bağlı xəbərdarlıq ediblər. Ekspertlər hesab edir ki, İran rejimi Güney Azərbaycanın sərhəd ərazisində kürdləri məskunlaşdırmaqla burada yaşayan türklərin Quzey Azərbaycan və Türkiyə ilə quru əlaqəsini kəsməyə çalışır. Rejim eyni zamanda Güney Azərbaycanın demoqrafik tərkibini kürdlərin xeyrinə dəyişdirmək istəyir.

“Son 10 ildə Milli Hərəkatda Ərdəbilin fəallığı xeyli artıb”

Məsələyə münasibət bildirən “Orta Doğu” Araşdırma Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan “Cümhuriyət”ə açıqlamasında deyib ki, İran hakimiyyəti Azərbaycana ərazisi sayılan Muğanı təhdid kimi görür, ona görə də özünə etibarlı olanları sözügedən ərazilərə köçürür:

“Oxşar siyasəti Çin də Uyğurlara qarşı yürüdür. Orada etnik tərkibi çinlilərin xeyrinə dəyişmək üçün hökumət çin vətəndaşlarını uyğurların torpaqlarına köçürür. Yaxud bu gün Livandan erməniləri Dağlıq Qrabağa və ətraf yeddi rayona köçürürlər. Burada ermənilər sayının artıq olduğunu göstərməyə çalışırlar. Zamanında da bu ərazilərdə eyni siyasət yeridilib. İndi nə baş verir? Muğan Azərbaycan Respublikası ilə sərhəd bölgəsində yerləşən Cənubi Azərbaycan ərazisidir. Bu torpaqlarda türklərdən başqa heç bir etnik qrup yoxdur. Olsa da, bölgəyə yaxın ərazilərdə az sayda giləklər ola bilər.

Yəni bu ərazilərə yaxın yerlərdə çox az sayda digər etnik qrupun nümayəndələri köçürmə nəticəsində ola bilər. Çünki bu bölgədəki insanlar fəaldırlar. Muğan bölgəsi İranın kənd təsərrüfatı məhsullarına olan ehtiyacının böyük bir qismini ödəyir. Muğan torpaqları həm yaylaq, həm də qışlaq kimi istifadə edilir. Burada əkinçilik və heyvandarlıq geniş şəkildə inkişaf edib. Bu ərazilər molla rejimi qurulmamışdan öncə Məhəmmədrza şaha və onun ailəsinə mənsub olub. İnqilabdan sonra İran hakimiyyəti elan etdi ki, həmin torpaqları kəndlilərə qaytaracaq, amma qaytarmadı. Kooperativ şəkildə yenidən öz nəzarəti altına aldı. Həmin bu ərazilərə də kənd təsərrüfatı müəssisələrini qorumaq adı ilə hərbçilər, dövlət adamları və müxtəlif insanları yerləşdirdi. Guya bu əraziləri qoruyur və müxtəlif ixtisaslı kadrlar cəlb edir. Məqsəd isə rejimə etibarlı olan qüvvələrin yerləşdirilməsi idi.

Çünki perspektivdə Azərbaycan Respublikası ilə sərhəd olan bu ərazidə rejimə qarşı hər hansı bir etiraz dalğası başlanarsa, sözügedən əraziyə yerləşdirilən adamlar vasitəsilə onları yatırmaq planlanır. Oxşar hadisələr İran tarixində çox olub. Məsələn, 1945-46- cı illərdə mövcud olmuş Azərbaycan Milli Hökumətinə qarşı Təbrizdə başqa bölgələrdən gətirilmiş “qolu çomaqlı” adlı qeyri- türk etnik qrupundan istifadə edirdilər. Onlar hökumətin milli fəallarına qarşı zorakılıqlar edirdilər. Həmin siyasətin yenidən Muğan camaatı üçün tətbiq olunacağı da gözləniləndir. Milli Hərəkatın şüarları və Güney Azərbaycanla bağlı məsələlərdə əvvəllər Təbriz daha çox fəal idisə, son 10 ildə Ərdəbilin fəallığı xeyli artıb. İran hakimiyyətini də bu fəallıq qorxuya salıb. Ona görə İran ehtiyat edir”.

“Azərbaycan bundan zərər görə bilər”

Ekspert hesab edir ki, Muğana köçürülən kürdlər perspektivdə Böyük Kürdüstan yaratmaq iddiasına qalxacaqlar və bundan Azərbaycan zərər görə bilər:

“Həmin kürd və ya digər millətdən olan etnik qruplardan Türkiyə ilə Güney Azərbaycan sərhəddində də yerləşdirirlər. Məsələn, Xoy, Urmiya və digər şəhərlərdə İran bu siyasəti yürüdür. Bununla Tehran hakimiyyəti Türkiyə- İran sərhəddində özünə etibarlı qüvvələr cəmləşdirir. Yəni o ərazilərdə yerləşdirilənlər həm də İran hakimiyyətinin etibarlı qüvvəsidir. Amma perspektivdə həmin qüvvələr Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edəcəklər və sözügedən ərazilərə köçürülən “Böyük Kürdüstan” ideyasının yaradıcıları burada Kürdüstan dövləti yaratmaq iddiasındadırlar. İran isə buna göz yumur.

Eyni siyasət dünya tarixində çox sayda olub. Yəni İranın məqsədi Muğan ərazisində etnik tərkibi dəyişmək və Azərbaycan türklərinə yeni problemlər yaratmaqdır”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR