ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

"PKK-nın Dağlıq Qarabağa köçü müharibəni yaxınlaşdırır" – Ən böyük zəmin!

Baxış Sayı:39

"PKK-nın Dağlıq Qarabağa köçü müharibəni yaxınlaşdırır" – Ən böyük zəmin!
Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyan hakimiyyətdə olduğu illərdə Dağlıq Qarabağ separatçılarını himayə edərkən, bölgənin ağır demoqrafik problemini də həll etməyə çalışırdılar. Ancaq nə qədər çalışsalar da, buna müvəffəq ola bilmirdilər.

Ermənistanda o zaman da, indi də heç kim Dağlıq Qarabağda yerləşməyi düşünmür. Çünki Ermənistan vətəndaşları Dağlıq Qarabağ ətrafında hər an müharibənin başlanması ehtimalını yüksək qiymətləndirir və həyatlarını riskə atmaq istəmirlər.

Ona görə də Ermənistanın keçmiş prezidentləri bu problemin yeganə həllini Yaxın Şərq ölkələrində yaşayan erməniləri işğal altındakı torpaqlara yerləşdirməkdə görürdülər. Ancaq bu istiqamətdə elə bir uğurları yox idi.

“Atlas” Araşdırmalar Mərkəzinin sədri politoloq Elxan Şahinoğlunun “Sherg.az”a açıqlamasına görə, Nikol Paşinyan Ermənistanın baş naziri seçildikdən sonra sələflərindən daha çox Azərbaycana qarşı təxribatlarla yadda qalıb. Analitik bildirib ki, məhz Paşinyanın dövründə sərhəddə təxribatların, Şuşaya “gəlişlərin” və köçürülmənin miqyası artıb:

“Livanın paytaxtı Beyrutun dəniz limanındakı partlayışdan sonra İrəvan bu ölkədəki ermənilərə müraciət edərək onları Ermənistana, oradan da Dağlıq Qarabağa “dəvət” edib. Müflisləşən Livan ermənilərinin hazırda Dağlıq Qarabağa köçü davam edir. Onlara və Suriya ermənilərinə Dağlıq Qarabağda ev, bir qədər maliyyə vəsaiti və ev heyvanları verirlər ki, sosial problemlərini həll edə bilsinlər.

Keçmiş illərdə Ermənistanda dəyişən hakimiyyətlər Dağlıq Qarabağa köçü gizli həyata keçirməyə çalışırdılarsa, Paşinyan heç nəyi gizlətmir. B u siyasətini açıq şəkildə həyata keçirir, Dağlıq Qarabağa köçən ermənilərin görüntüləri internet vasitəsilə yayılır”.

Paşinyanın köç təxribatının bununla kifayətlənmədiyini deyən E.Şahinoğlu vurğulayıb ki, hazırda terrorçu PKK təşkilatının üzvlərinin də işğal altındakı torpaqlara köçü haqqında məlumatlar var:

“Türkiyə ordusu və hava qüvvələri son aylarda İraq və Suriya ərazisində gizlənən PKK-ya öldürücü zərbələr vurur. Buna görə də terrorçu təşkilat gizlənməyə yeni məkan axtarır. Məkanlardan biri kimi də işğal altındakı Azərbaycan əraziləri seçilə bilər. PKK rəhbərliyi düşünür ki, yerdəyişmə ilə onlar özlərini Türkiyə ordusunun hücumlarından qoruya biləcəklər. Bu köçdən Ermənistan hakimiyyəti də öz məqsədləri üçün istifadə edərək, bölgədəki separatçıların gücünü artırmağa çalışacaq. PKK ilə erməni terrorçu ASALA təşkilatı aarsında əməkdaşlıq uzun illərdir davam edir. Yəni bir-birlərinə yad deyillər. PKK ilk dəfə deyil ki, ermənilərə yardım əlini uzadır.

PKK terrorçularının Azərbaycanın işğal altındakı ərazilərdə yerləşməsi bizim üçün yeni durum yaradır”.

Politoloqun qənaətincə, rəsmi Bakı yeni yaranan təhlükəni beynəlxalq təşkilatlar vasitəsilə həll edə bilməyəcək:

“Heç bir beynəlxalq təşkilat PKK terrorçularının işğal altındakı bölgələrdə yerləşməsinə mane olmayacaq. Əksinə illərdir Türkiyəyə qarşı terror planlarında PKK-ya bu və ya digər şəkildə dəstək verən bir qisim dövlət terrorçuların Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşməsini bəyənəcək.

Ona görə də beynəlxalq təşkilatlarda söz sahibi olan həmin dövlətlərdən Ermənistan + PKK cütlüyünə qarşı addım atacağını gözləməyə dəyməz.

Əksi olsaydı, həmin dövlətlər Livan ermənilərinin işğal altındakı torpaqlarda yerləşməsinə qarşı bəyanat verərdilər. Halbuki, bu köç bölgədə müharibə ehtimalını daha da artırır. Minsk Qrupu həmsədrlərinin isə bu mövzuda nə bir bəyanatı, nə də bir cümləsi var”.

E.Şahinoğlu qeyd edib ki, PKK-nın işğal altındakı torpaqlarda yerləşməsi və ərazimizdə hərbi düşərgələr formalaşdırması gələcəkdə terrorçu təşkilatın Türkiyə ilə bərabər Azərbaycana qarşı da təxribatların baş verməsi ehtimalını artırır:

Oxşar xəbərlər
SON XƏBƏRLƏR