ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Gəncənin icra başçısı vətəndaşların müraciətlərini onlayn qaydada dinləyib

Baxış Sayı:84

Gəncənin icra başçısı vətəndaşların müraciətlərini onlayn qaydada dinləyib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib. Qəbulda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev və idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər. Pandemiya dövrü ilə əlaqədar olaraq bu dəfə də görüş video-formatda keçirilib.

Qəbula yazılan vətəndaşların səsləndirdikləri müraciətlər əsasən işlə təminat, fərdi yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin sənədləşməsi, torpaq sahəsi ilə təminat, xəstəliklə əlaqədar olaraq müalicə və digər məsələlərdən ibarət olub.

Müraciətləri dinləyən Niyazi Bayramov səlahiyyətlərinə aid olan məsələləri nəzarətə götürüb, səsləndirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb. İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyatı qurumlara ünvanlanmaq üçün qeydiyyata alınıblar. Vətəndaşlar səmimi qəbula görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına öz minnətdarlıqlarını bildiriblər.

Sonda şəhər rəhbəri qeyd edib ki, yaranmış pandemiya şəraitindən irəli gələrək sakinlərin sağlamlığının qorunması məqsədi ilə vətəndaşların qəbulu onlayn qaydada mütamadi olaraq davam etdirləcəkdir.

AtaTv.az xəbər portalı

Gəncənin icra başçısı vətəndaşların müraciətlərini onlayn qaydada dinləyib
Gəncənin icra başçısı vətəndaşların müraciətlərini onlayn qaydada dinləyib
Gəncənin icra başçısı vətəndaşların müraciətlərini onlayn qaydada dinləyib
Gəncənin icra başçısı vətəndaşların müraciətlərini onlayn qaydada dinləyib
Gəncənin icra başçısı vətəndaşların müraciətlərini onlayn qaydada dinləyib
Gəncənin icra başçısı vətəndaşların müraciətlərini onlayn qaydada dinləyib

Oxşar xəbərlər
SON XƏBƏRLƏR