ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Sabah da yağış yağacaq

Baxış Sayı:42

Sabah da yağış yağacaq




Oktyabrın 6-da gözlənilən hava şəraiti açıqlayıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal olunur. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 21-23, Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 65-75 faiz olacaq.

Oktyabrın 6-da Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 6-10 dərəcə isti olacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR