ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Təhsil millətin gələcəyidir

Baxış Sayı:67

Təhsil millətin gələcəyidir
İndiyə kimi Azərbaycanın təhsil sahəsində keçdiyi yolları təhlil edərkən, ilk öncə təhsilimizin ötən illərinin tarixinə bir qədər nəzər salmağa ehtiyac duyulur. O halda bəlli olur ki, ölkəmizdə təhsilin yüksək sürətlə inkişafı, məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmuşdur. O da kəsə bəllidir ki, Azərbaycan Respublikası ikinci dəfə özünün müstəqil yaşamaq hüququnu əldə etdikdən sonra, respublikamızda yeni siyasi sistemə keçidin əsası müəyyən olundu və hər sahədə olduğu kimi, məhz təhsil sahəsinin inkişafı üçün də qarşıya yeni tələblər, yeni vəzifələr qoyuldu. İllər keçdikcə isə, respublikamızın təhsil sahəsində yeniləşmə prosesi özünü göstərməyə başladı. Xalqımızın ümummilli lideri, mərhum prezidentimiz Heydər Əliyev təhsil işçiləri ilə keçirdiyi görüşlərin birində demişdi: “Təhsil dövlətin əsas dayaqlarından biridir, ona görə də bu sahəyə hər zaman dövlət qayğısı artırılmalıdır”. Ulu Öndərin belə bir yanaşmasından sonra, ölkəmizdə səlahiyyət sahibi olan şəxslər təhsilimizin inkişaf etdirilməsinə, problemlərinin aradan qaldırılmasına diqqət və qayğını artırdı, bu gün də həmin diqqət və qayğı özünü göstərməkdə davam edir. Təhsili Azərbaycanın davamlı inkişafının əsas amillərindən biri hesab edən möhtərəm prezidentimiz cənab İlham Əliyev də, məhz prezident seçildiyi ilk gündən təhsilimizi inkişaf etdirməyə, onu dünyanın inkişaf etmiş ölkələrindəki təhsilin səviyyəsinə çatdırmağa çalışdı. Məhz, belə bir yanaşmanın nəticəsi olaraq, bu gün Azərbaycan təhsili özünün yeni inkişaf mərhələsinə qədəm qoymaqdadır.
Müasir dövrümüzün inkişafı, onun tərəqqisi, yaxud da mövcud problemlərin həlli yalnız və yalnız təhsilimizin inkişafından asılıdır desək, heç də yanılmarıq. Çünki, təhsilimizi inkişaf etdirmədən qarşımızda duran əsas problemlərimizi, həlli vacib olan məsələlərimizi heç cür həll edə bilmərik. Bir sözlə, təhsilimizin səviyyəsi yaşadığımız cəmiyyətin inkişafını şərtləndirən əsas səbəb, həm də onun inkişaf göstəricisini müəyyən edən başlıca amildir. Bəli, fəxrlə qeyd edə bilərik ki, son illər respublikamızda təhsilin inkişafı, onun keyfiyyət göstəricisinin müəyyən tələblərə cavab verməsi istiqamətində lazımi addımlar atıldı ki, bu gün də atılan addımlar öz bəhrəsini verməkdədir. Hələ illər öncə uzun-uzadı müzakirələrdən sonra, MM-də təhsilin inkişafı, problemlərinin aradan qaldırılması istiqamətində qəbul olunmuş təhsil haqqında Qanunun qəbulunu da buna misal deyə bilərik. Onu da vurğulamaq yerinə düşər ki, bu Qanunun qəbulu, sanki Azərbaycanın təhsil sistemində yeni bir mərhələnin əsasını qoydu. Artıq hal-hazırda təhsilimizin müasirləşməsi, Avropa təhsil sisteminin son nailiyyətlərinin bu sahəyə tətbiq olunması reallığa çevrilmişdir.
Sözsüz ki, bu gün ölkəmizin təhsil sahəsinin inkişaf etdirilməsində hər bir müəllimin, hər bir yaradıcı şəxsin əvəzsiz zəhməti var. Yəni, bu yöndə zəhməti olan hər kəs Azərbaycan təhsilinin inkişaf etdirilməsi yöndə bilik və bacarıqlarını səfərbər etməklə, yenə də bu sahəyə öz töhfələrini bəxş etməkdədirlər. Haqqında söhbət açdığımız Rüstəmov Mübariz Fariz oğlu da, bu yöndə əmək fəaliyyətini uğurla davam etdirən ziyalılarımızdandır. O, 1962-cı ildə Laçın rayonunun Zabux kəndində anadan olub və 1979-cu ildə orta təhsilini uğurla başa vurmuşdur. Bir müddət Naxçıvan MR-nın müxtəlif ərazilərində tikinti sahəsində çalışsa da, o, 1985-1990-cı illər ərzində Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin tarix fakültəsində ali təhsil almağa müyəssər olur. Hal-hazırda iki övlad atası, bir nəvəsi olan Mübariz Rüstəmov YAP-ın üzvü olmaqla bərabər, eyni zamanda müharibə veteranıdır. İlk əvvəl bu şəxs 1990-1992-ci illərdə Laçın rayonunun Zabux kəndində müəllimlik fəaliyyətinə başlayır. Elə ki, 1992-ci ildə Laçın rayonu mənfur erməni işğalçıları tərəfindən ələ keçirilir, o halda Mübariz Rüstəmov Bərdə şəhərinə köçməli olur və bu şəhərdə əmək fəaliyyətini davam etdirir. İlk əvvəl o, Laçın rayon Ə.Məmmədov adına Qışlaq kənd tam orta məktəbində dərs hissə müdiri vəzifəsini daşısa da, 2014-cü ildən isə, bu təhsil ocağında direktor vəzifəsini daşımalı olur. Qeyd edək ki, Mübariz Rüstəmov direktor olduğu illər ərzində bu məktəb qabaqcıl məktəblərdən biri olur. Adicə bir faktı qeyd edək ki, 2019-2020-ci il tədric buraxılış ilində Qışlaq kənd tam orta məktəbində 10 nəfər şagird orta təhsilini müvəffəqiyyətlə başa vurur və hər biri ayrı-ayrı ali təhsil ocaqlarına daxil olur.
İndiyə kimi ikinövbəlilik əsaslala fəaliyyət göstərən bu orta məktəbdə hal-hazırda 35 nəfər müəllim çalışır ki, onların hər biri yüksək intellektə, dərin biliyə sahib olan şəxslərdirlər. Belə bir halın varlığı da, məhz təhsilimizin inkişaf etdirlməsinə təsir göstərən əsas səbəblərdir. Məktəbin kitabxanasında 10 min ədəddən çox kitab var ki, bu da müəllim və şagirdlərin həm elmi biliyə dərindən yiyələnmələrinə, həm də ümumi həyat haqda lazımi təsəvvürlərinin formalaşmasına olduqca təsir göstərən şərtlərdir.
Əldə etdiyimiz məlumatlara görə 2014-cü ildən indiyə kimi bu təhsil ocağında direktor vəzifəsini daşıyan Mübariz Rüstəmov, sahib olduğu ixtisas üzrə dərin elmi biliyə, yüksək insani keyfiyyətə, səriştəli idarəçilik qabiliyyətinə malik şəxs olduğundan, o, bu gün müəllim-şagird kollektivinin, hətta bütün valideyinlərin də sevimlisinə çevrilib. 1990-cı ildən təhsil sahəsində çalışan və işgüzar fəaliyyəti ilə bu sahədə xüsusi ad-san çıxaran Mübariz müəllim, bu gün də yorulmaq bilmədən çalışır. Digər təhsil ocaqlarında olduğu kimi, Ə.Məmmədov adına Qışlaq kənd tam orta məktəbində də müxtəlif fənn ixtisasları üzrə dərsliklərin tədrisi, müəllim-şagird davamiyyətin günün tələblərinə cavab verməsi, şagirdlərə hərbi vətənpərvərlik əhvali-ruhiyyəsinin aşılanması, kollektiv arasında sağlam mühitin formalaşması, hər kəsin fikrinə, düşüncə tərzinə hörmətlə yanaşma və s. kimi amillərin varlığı, bu gün də rəhbərliyə iş fəaliyyətini uğurla davam etdirməyə imkan verir. Məktəbdə müxtəlif fənlər üzrə elektron təlim materiallarından və digər əyani vəsaitlərdən istifadəolunma da, hal-hazırda öz nəticəsini verməkdədir.
Bəli, bütün bunların nəticəsidir ki, Ə.Məmmədov adına Qışlaq kənd tam orta məktəbində təhsilini uğurla başa vuran şagirldlərdən bir çoxunun səs-sorağı, hal-hazırda respublikamızın müxtəlif guşələrindən gəlməkdədir. Ötən illər ərzində yeni-yeni texnologiyaları, müasir idarəçilik qaydalarını tətbiq etməklə müəyyən uğurlara qovuşan bu təhsil müəssisəsi, bu gün təhsilimizin inkişafına yeni-yeni töhfələrini bəxş etməkdədir. Ümumiyyətlə, Mübariz Rüstəmov təhsilimizin inkişafında, onun tərəqqisində yaxından iştirak etməklə şərəfli yükün daşıyıcısına çevrilmişdir ki, belə bir halın varlığı da ümumi inkişafımıza bəxş edilən töhfələrdir. Çünki, bu şəxsin peşəkarlığı, düzgün idarəçilik qabiliyyəti, daxili potensialının göstəriciləri, savadlı və peşəkar olması, bir sözlə Azərbaycan təhsilinin inkişafına yeni-yeni töhfələrini bəxş edə bilməsi və s. olduqca əhəmiyyət kəsb edən məsələlərdəndir.
İnanırıq ki, Mübariz Rüstəmovun işgüzar fəaliyyəti, onun məsuliyyətini lazımınca dərk etməsi, gənc nəslin təlim-tərbiyyəsində, sağlam ruhda böyümələrində, Vətən üçün layiqli övlad olmalarında mümkün olan imkanlarından istifadə etməsi, onun adının və fəaliyyətinin daha da məşhur olmasına səbəb olacaq. Biz buna tam əminliklə inanırıq və inanmağımız üçün kifayət qədər əsaslar da var. Bu kimi göstəriciləri və əldə olunan naliyyətləri nəzərə alaraq, redaksiyamızın yaradıcı kollektivi Ə.Məmmədov adına Qışlaq kənd tam orta məktəbinin rəhbərliyində olan şəxsləri, bütün müəllim və şagird kollektivini, ələlxüsus Mübariz Rüstəmovu 18 oktyabr Azərbaycan Respublikasının dövlət müstəqilliyi günü münasibətilə ürəkdən təbrik edib, onların hər birinə yeni-yeni uğurlar arzu edirlər. Qarşıladığınız hər gün uğurlu, sabahlarınız xeyirli olsun deməyi də unutmurlar.

Hazırladı: Hacı Elman

Oxşar xəbərlər
SON XƏBƏRLƏR