ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Namiq Atabəyli - "Erməni faşizminin sonu: Nikol Paşinyan", II YAZI

Baxış Sayı:68

Namiq  Atabəyli - "Erməni faşizminin sonu: Nikol Paşinyan", II YAZI Namiq Atabəyli
(Avrasiyayönümlü yazıçı-publisist)
Erməni faşizminin sonu: Nikol Paşinyan
II YAZI

Qurani-şərifin “Mələklər” surəsinin 28-ci ayəsində deyilir: “Allahdan qorxanlar Onun yalnız bilikli qullarıdır.” Hələ Rus çarizmi dövründə millətindən asılı olmayaraq yüksək təhsil görmüş bütün insanlara çar bürokratiyasında iş tapılırdı. Mənim Atabəylər nəslimin ilk təhsilli nümayəndəsi Fərəc bəy Şamaxıda təhsil alıb gələndən sonra, Qafqaz Dəmir Yolunun ilk müsəlman stansiya (Saqiri stansiyası) rəisi olmuşdu. Azərbaycanın “Vağzalı” adlı məşhur musiqisi də məhz Sığırlı vağzalının Açılışı zamanı hərəkət edən ilk Qatarın yola salındığı dəqiqələrdə Ağsulu Əli Kərim tərəfindən ekspromt ifa edilmişdir. Bunu müsiqişünaslarımız heç yerdə söyləməsələr də, fakt faktlığında qalır! Onu da deyim ki, bu əsərin qonararını mənim anamın babası Hacı Kərbalayi Ələsgər kişi bir kisə qızılla ödəmişdir.
2004-cü ilin 24 aprelində (Prezidentin Mətbuat katibliyində işdən çıxarıldığım barədə məlumat aldığım ilk gün) evə dönərkən, yoldan dönüb, yaxınlıqdakı Bakı Dəmir Yol vağzalına gəldim və bütün gecəni səhərədək orda keçirib, təhtəlşüurla rusca bir yazılı Nitq qələmə aldım: “Нобельское выступление без ПРЕМИИ”. Sabaha kimi yazıya alacağım həmin nitqdə Ağıllı insan tarixinin 12 min illik keçmişini təhlil etməyi qarşıma məqsəd qoyaraq, Türk dünyasının son mədəniyyət- Elmi-texniki tərəqqi erasında geri qalma səbəblərini araşdırmaq istədim... Gecənin yarısında Yığıcı-ovçu cəmiyyət mədəniyyətini yekunlaşdırıb, sonra gələn Aqrar mədəniyyətin təhlilininə keçdim. Amma səhər açılanadək İkinci mərhələni başa çatdırıb, üçüncü mərhələyə addımlaya bilmədim. Aqrar mədəniyyətlə bağlı yazdığım son cümlə əzbərdən yadımdadır: “Aqrar mədəniyyət – 10 min illik tarixilə - Dövləti simvolizə edən Padşahların Allahlığı deməkdir.” Məhz Aqrar mədəniyyət insan sitayişinin obyekti olan bütlərin sayını Təkə endirib, monoteizmə yol açmışdır.
Faşizmin ”Fürerlik” stixiyası Aqrar təfəkkürün infalt izlərindən biridir. Erməni faşizminin bu infalt təfəkkürə hesablanmış “tarixi gedişləri” üzərində dərin təhlil aparmağa dəyməz. Bir faktı isə ayrıca qeyd etməyə dəyər: erməni faşizminin atası Qaregin Njdenin bütləşdirilməsi istiqamətində ilk addımı Kommunist terrorizminin banisi mənfur Lev Trotski hələ 19 iyul 1913-cü ildə “Киевский мысль” qəzetində Birinci Balkan müharibəsində Osmanlı Türkiyəsi əleyhinə müharibə haqqında yazdığı oçerkdə başlatmışdı. Faşist cəllad Qaregin Ter-Artyunyan Njde barədə aşağıda məlumat verəcəyim üçün onun 1983-cü ilin avqustunda məhbəs qəbiristanlığından Ermənistana gətirilmiş leşi barədə danışmaq istəyirəm. Bu leş müxtəlif adamlar arasında uzun müddət gizlədiləndən sonra, nəhayət, 8 may 1987-ci ildə (-indi aydın olur ki, Şuşanın işğalı nədən 8 May tarixinə düşmüşdür) Rafael Ambarsumyanın təşəbbüsü ilə Vaykada Spitakavorun qədim kilsəsinin həyətində gizlincə dəfn edildi. Lakin bu leşin digər parçası (boyun fəqərəsi) hələ 1983-cü ilin 7 oktyabrında Zəngəzurun Xustup dağ yamacında basdırılmışdı. Qaregin Njdenin sağ əl və digər iki sümüyü isə 2005-ci ilin aprelində Ermənistan Respublikası hökuməti tərəfindən Qafanda “memorial-abidə”nin yanında torpağa verildi. İndi təəccüblənəcəksiniz ki, bu necə Dəfn mərasimidir? Bəli, məsələnin qəlizliyi və sadəliyi də elə bundadır. Faşizmin bütpərəstlik ritualları “müasir erməni cəmiyyətini” XXI əsr təfəkküründən uzaqlaşdıraraq, xristianlıqdan öncəki keçmişə bağlamışdır. Öz rəsmi xristian “tarixini” 301-ci ilə qədər uzatmağı sevən Ermənistan “ülamaları”, əslində bütpərəst küfrün yolundadırlar. Ölkədə “erməni neobütpərəstliyi” (армянское неоязычество) kimi tanıdılan bu bidət-«ересть» hələ 30-cu illərdən geniş təbliğ edilmişdir. 1989-cu ildən erməni ziyalıları erməni xalqının “xristianlıqdan öncəki” inama qayıtmasını irəli sürdülər. Bu yeni bidətçilik hərəkatında isə sonradan gorbagor Njdenin çoxsaylı qəbirləri daha çox işə yaradı: Ermənistan ərazisində üç məzar- Spitakavor monastırı (Vayotsdzor vilayəti), Qafan şəhəri, nəhayət, Xustup dağı,- ziyarətgah elan edildi. Burada təbii ki, keşişləri bütpərəst kahinlər əvəzləmişlər. Njde həm peyğəmavər, həm də erməni bütpərəstlik panteonunun “allahlarından” biri elan edilmişdir.
Faşizmin sakrallaşma təcrübəsi, göründüyü kimi, heç də Adolf Hitlerin “fürerizmi” ilə başa çatmamışdır. Ermənistan narıncı inqilabının lideri Baş nazir Nikol Paşinyan bu bidətin tam içərisindədir. Hər bir bütpərəst ritual isə, məlumdur ki, insan qurbanı tələb edir. Bu gün Ermənistandan Qarabağa yola salınan gənclər Paşinyanlar Panteonunun növbəti qurbanlıq qoyunlarıdır.


3
Paşinyan faşizminin daha bir “gül üzü” Anna Vaçikovna Akopyandır. Ermənistan prezidentinin qeyri-rəsmi arvadı sayılan bu xanım dörd övladın anasıdır. İxtisasca jurnalistdir. Qərb dairələri bu jurnalist xanımın şəxsində erməni narıncı inqilabının fonunda “Qadınlar sülh uğrunda” adlı hərəkat yaratmışlar. Yəqin ki, Annanın əlində AK (Kalaşnikov avtomatı) Azərbaycan Respublikasının Ermənistan ordusu tərəfindən işğal edilmiş ərazilərində Qarabağın azərbaycanlı mülki əhalisinə- azyaşlı uşaqlara, məktəblilərə, qocalara tərəf tuşlanmış zooloji NİFRƏTini İnternetdə paylaşdığı şəkillərdə siz də görmüşsünüz. Bu azmış kimi, həmin üzdəniraq Namiq  Atabəyli - "Erməni faşizminin sonu: Nikol Paşinyan", II YAZI“sülh uğrunda hərəkat” başçısı elan olunmuş erməni Qadın öz oğlunu da Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində hərbi xidmətə göndərmişdi... Heç şübhəsiz ki, indi Vətən müharibəsi aparan Azərbaycan əsgərinin qorxusundan Aşot Paşinyan da bir çox başqa faşist balaları kimi vaxtında müharibə meydanından əkilib, Yerevana qaçmışdır. Paşinyanların “narıncı günəşinin” isə necə qüruba endiyi artıq göz qabağındadır...
İllərlə partiyadan partiyaya, fraksiyadan fraksiyaya, həbsxanadan həbsxanaya yer dəyişərək, Erməni narıncı inqilabının başına gətirilmiş Nikol Paşinyanın faşist sifəti Hitler faşizminin əsas simalarından biri olmuş Qaregin Yeqiş oğlu Ter-Artyunyan Njdenin xatirəsinə büst, momerial və heykəl ucaldılması səbəbilə əlaqədar meydana çıxmış beynəlxalq qalmaqallarda bütün aydınlığı ilə üzə çıxdı. Erməni faşist ideologiyası tsexakronizmin banisi və II Dünya savaşında III Reyxin ən fəal əməkdaşı, faşist Almaniyasındakı erməni legionerinin rəhbəri olmuş Qaregin Njdeni Azərbaycanda da tanımayan yoxdur. Onun faşist fəaliyyətlərilə ilk olaraq Cənubi Azərbaycan türkləri qarşılaşdılar. Belə ki, Qərb maliyyə dairələrinin liberal libasa bürüdükləri 1907-ci il İnqilabında Njde birdən-birə İranda peydalandı və Qacar İranına qarşı “inqilabı” fəaliyyətə başladı. Qaniçən Pəhləvilər dinastiyasına yol açan bu “inqilab” sonda (1922-ci ildə) Fars şovinizmi tərəfindən Azəri türklərinin tam əsarətilə nəticələndi. Elə həmin ildə Ndje Tehrandan Bolqarıstana dönüb, Türkiyə cümhuriyyətçiləri əleyhinə terrorçuluq hərəkatının başına keçdi.
1918-1920-ci illərdə Njdenin rəhbərlik etdiyi Daşnak hərbi qüvvələri təkcə Zəngəzur mahalında 115 azəraycanlı kəndini yer üzündən silərək, 10 min nəfərdən yuxarı azəri türkünü uşaqlı-böyüklü amansızca məhv etmişdi.
“Böyük Ərməniyə” nağıl-əsatirini irəli sürərək, öz xalqının böyük hissəsinin başını zəhərləmiş Qaregin Ter-Artyunyan (Nijde) Alman faşistlərinin köpəyi olmaqdan da axıracan zövq almışdır. O, Vermaxtin nəzdində SS təlimatçılarının başçılığı altında təlim keçmiş ilk erməni hərbi hissələrinin yaradılmasına birbaşa rəhbərlik etmişdir.
Bu gün işğalçı ölkə olan Ermənistanda növbəti faşizm fırtınası tüğyan edir. Hitler faşizmi ilə fəal əməkdaşlıq etmiş erməni liderləri- Artaşes Abeqyan, Abram Fulxandyan, Atyun Baqdasaryan, David Davidxanyan, Qaregin Njde, Vaqan Papazyan, Dro Kananyan, Dertovmasyan və başqalarının ləkələnmiş adlarını “təmizə çıxarmaq” üçün çalışanlar bir şeyi unutmuşlar: heç kim unudulmur və heç nə yaddan çıxmır!
Böyük Vətən müharibəsinin qələbəsindən sonra, alman nasistləri kimi, Şimali Qafqazda və Qərb cəbhəsində sovet xalqına və onun anti-faşist əsgərlərinə qarşı xəyanətkar savaşlar aparmış erməni legionerləri də layiqli cəzasını aldılar. Belə ki, Böyük Vətən müharibəsinin gedişatında sovet ordusu Sofiya şəhərini azad edərkən Njde də ələ keçirildi. Lubyankada həbsxanasında öz layiqli yerini tutan Qaregin Njde keç. SSRİ-nin Ali Hərbi tribunalının hökmü ilə güllələnmə cəzası aldı. Amma 1947-ci ildə SSRİ-də Güllələnmə cəzası ləğv edildiyi üçün Njde 24 aprel 1948-ci il tarixində 25 illik həbs cəzasına məhkum edildi. “24 APREL” tarixi qondarma “erməni genosidinin” günüdür. Qaregin Ter-Artyunyanın (Njdenin) 25 illik cəza hökmünün “24 Aprel” tarixli təyinatında, heç şübhəsiz ki, Azərbaycan xalqının böyük oğlu, dahi Avrasiya geosiyasətçisi, Azərbaycan KP MK-nın Birinci katibi Mir Cəfər Bağırovun da müsbət tarixi rolu olmuşdur. Heç kəsə sirr deyil ki, başda Andronik, Dro və Njdenin olduğu ilk Daşnak-faşist hərbi hissələrinə qarşı Qarabağ və Zəngəzur torpaqlarında aparılmış mübarizədə Mir Cəfər Bağırov ŞƏXSƏN yaxından iştirak eləmişdir.
2004-cü ildə Ermənistanda nəşr edilmiş “Qargen Njdenin təlimi” adlı kitabda Njde ölkədə yeni yetişən erməni gəncliyi üçün sonuncu büt və “allah” olaraq təqdim olunub. Azərbaycanın Qarabağ torpağında bu gün Milli Azadlıq Ordumuza qarşı vuruşan erməni əsgərləri məhz həmin faşist bütpərəstliyi təlimatının növbəti qurbanlarıdır.
Sevindirici haldır ki, Azərbaycan ordusu Qarabağı işğalçı Ermənistan Ordusundan azad edərkən regionun dinc mülki əhalisinə qarşı diqqətli davranır, bununla da azad edilmiş torpaqlarımızda Konstitusiya rejimini bərpa edir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi göstərişidir. Ölkəmiz tolerant bir ölkədir. Qanunlarımız din, dil və siyasi əqidəsindən asılı olmayaraq ona riayət edən hər bir vətəndaşımız üçün bərabərdir. Dövlətimiz dini radikalizmi və fanatizmi qadağan etmişdir. Milli-dini ayrıseçkilik yol verilməzdir.Əlbəttə, bu sözləri bizim xalqımıza qarşı işğalçılıq müharibəsi aparan qonşu Ermənistan Respublikası haqqında əsla söyləmək olmaz.
Alman faşizmi üzərində Qələbənin 75 İlliyi qarşısında Ermənistan Respublikasında neofaşist əhvali-ruhiyyənin yenidən baş qaldırması təsadüfi hadisə deyildi... Odur ki, son illər bu faşistpərəst qüvvələrin başında duran erməni Baş naziri Nikol Paşinyan və onun xanımı Anna Akopyanın üzdəniraq fəaliyyətləri kimsədə təəccüb doğurmadı.
MDB Dövlət Başçılarının Aşqabad sammitində İrəvanda erməni faşizminin banisi Qaregin Njdeyə heykəl qoyulmasını kəskin ittiham edən Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev MDB məkanında “faşistlərin bütləşdirilməsi”nin yol verilməzliyini bəyan elədi. Azərbaycan Prezidentinin səsinə ilk olaraq, Rusiya ictimaiyyəti reaksiya verdi. Onlar Nikol Paşinyanın Azərbaycan Prezidentini “erməni xalqına hörmətsizlikdə, tarixi faktları və rəsmi sənədləri şəxsi rəyi ilə təqdim etməkdə” günahlandırmasına qarşı çıxaraq, Armavir şəhərində faşist Qaregin Njdenin xatirə lövhəsinin dərhal sökülməsi tələbilə çıxış etdilər. Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov nasizmin köləsi, hərbi cinayətkar və faşizm havadarı Qaregin Njdenin Rusiya ərazisindəki ilk “xatirə lövhəsi”ni qara rənglə boyadı, az sonra bu məlğun “xatirə” lövhəsi sökülüb ayaqlar altına atıldı.
Neofaşizm kultunun son illər dünyada digər millətlər işərisindəki ekstremist insanlar arasında da yayılması halları məlumdur. Bu mənada, faşizm üzərində Böyük Qələbənin 75 İlliyi ərəfəsində Böyük Vətən müharibəsi şəhidi, qəhrəman hərbi pilot, azərbaycanlı antifaşist Cahangir Bağırovun büstünün keçmiş Quba Rayonu İcra Hakimiyyəti başçısı Yaşar Məmmədovun əmrilə yerindən götürülüb, 6 il ayaqlar altına atılmasına vandalizmdən başqa bir ad tapmaq mümkün deyildir. Bu barədə mənim AtaTv.az və d. Saytlarda “Azərbaycanda neofaşizmə meydan olmamalıdır” ittiham yazım işıq üzü gördüyü üçün geniş dayanmıram. Mən fəxr edirəm ki, babalarımdan biri- Rzaxan Əhmədov 1941-1945-ci illərdə Alman faşizminə qarşı Bəyük Vətən müharibəsində gənc həyatını bəşəriyyətin azadlığı yolunda qurban vermişdir. Bu yolda şəhid olmuş hər bir kəs dilindən, dinindən, millətindən asılı olmayaraq, bizim babamız, atamız, qardaşımızdır.
Neobütpərəstlik yolunu seçmiş erməni cəmiyyətinin bu gün hansı bidətlə məşğul olması onun öz işidir: amma özlərini lazım gələndə “məzlum xristian qardaş” cildinə salaraq, Avropada ikiüzlü siyasətçilərlə yandaşlıq etmək, Azərbaycan əleyhinə “panislamist” hay-küyü qopartmaqla xristian aləmini üzərimizə qaldırmaq onlara heç zaman qismət olmayacaqdır. Çünki faşizm və bidətçilik hərəkatları kitab əhli olan xalqlar arasında qəbul edilməyən postulatlardır.
(Əvvəli: Saytın 19 oktyabr 2020-ci il tarixli buraxılışında. Ardı var)



“İctimai Xəbər Agentliyi” MMC

Oxşar xəbərlər
SON XƏBƏRLƏR