ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Gəncədə genişmiqyaslı dezinfeksiya işləri aparılıb

Baxış Sayı:77

Gəncədə genişmiqyaslı dezinfeksiya işləri aparılıbPrezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq kompleks tədbirlər davam etdirilir.
Son günlər koronavirusa yoluxma hallarının artması nəzərə alınaraq Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən də tibbi-profilaktiki işlər gücləndirilib.
Səhər saatlarından başlayaraq Gəncədə xüsusi kimyəvi maddələrlə növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib. İşlərə xeyli sayda canlı qüvvə və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb edilblər.
Dezinfeskiya işləri mərkəzi küçə və prospektlərlə yanaşı Gəncənin qəsəbə və yaşayış massivlərində də aparılıb. Tibbi-profilaktik tədbirlər yeraltı piyada keçidlərini, dayanacaqları, çoxmənzilli yaşayış binaları və həyətləri də əhatə edib.
Qeyd edək ki, istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq şəhər sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq olunub.

“İctimai Xəbər Agentliyi”

Oxşar xəbərlər
SON XƏBƏRLƏR