atatv.az
atatv.az

Sumqayıtda çörəyi belə natəmizlikdə daşıdılar -FOTO

13-06-2018, 13:18

Sumqayıtda çörəyi belə natəmizlikdə daşıdılar -FOTO
“Bu foto səhər saatlarında Sumqayıt avtovağzalının yanında çəkilib. Qaynar-qaynar alıb evə apardığımız çörək adlı neməti bir sıra sexlər belə daşıyıb bizə yedirdirlər. Sürücünün sağında yerləşən oturacağın üstünə, ayaqaltına yığılaraq, daşınan bu çörəklər vərəm kimi bir çox yolxucu xəstəliklərin mənbəyi ola bilər. Hələ üstəgəl, onu bişirənin, daşıyanın, satanın sağlamlığı haqda heç bir məlumatımız yoxdur”.

Moderator.az xəbər verir ki, bu məlumatı sosial şəbəkədə jurnalist Nicat Nəsirli paylaşıb. Jurnalist bildirib ki, bu işdə ictimai etirazın, qınağın olması çox vacibdir.

“Qablaşdırılmamış çörəkdən istifadəni azaltmaq, gigiyenik baxımdan qorunan çörəklərdən istifadəyə etmək lazımdır. Qoy vətəndaşına hörmət edən sahibkar daha çox qazansın!”.
Sumqayıtda çörəyi belə natəmizlikdə daşıdılar -FOTO

Məsələyə Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Mansur Piriyev də münasibət bildirib. O, deyib:

“Qida Təhlükəsizliyi Agentliyi qida zincirinin bütün mərhələlərində təhlükəsziliyin təmin olunmasının vacib olduğunu bildirir. İnşallah iyulun 1-dən etibarən bu sahədə fəaliyyət göstərən hətta daşınma, qablaşdırma, tədarük və satışı ilə bağlı da sahibkarların qeydiyyatını həyata keçirərkən bütün məsələlər nəzərə alınacaq və sahibkarların fəaliyyəti ətraflı yoxlanılacaq. Vətəndaşların istifadəsinə veriləcək mobil proqram da bu cür nöqsanları, problemlərin qeydə alınması və ətraflı yoxlanılmasına kömək edəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930