atatv.az
atatv.az

Baş redaktordan Ramazan bayramı təbriki

14-06-2018, 12:25

Baş redaktordan Ramazan bayramı təbriki
Dünya müsəlmanları hər il olduğu kimi, bu il də onbir ayın sultanı hesab olunan müqəddəs Ramazan bayramını yüksək səviyyədə qeyd edirlər. Düzdür, hər il Ramazan ayının başlanması və başa çatması ərəfəsində bəzi ölkələr, ayrı-ayrı din alimləri, müxtəlif əqidəyə mənsub dini cərəyanlar və s. fərqli fikirlər irəli sürüblər. Bütün bunlara baxmayaraq, dünya müsəlmanlarının bir hissəsi olan Azərbaycan xalqı da, hal-hazırda bu bayram gününün isti ovqatı ilə yaşayır və İslam ənənələrinə uyğun mübarək Ramazan bayramını qeyd edir. Ümumiyyətlə, Ramazan bayramı hər kəsi haqqın qoruyucusu olmağa, şər əməllərdən uzaq durmağa, müsəlmanlar arasında birlik və bütövlük yaratmağa, Allah-Təalanın hər bir buyruğunu yerinə yetirməyə səsləyən bir bayramdır. Bu bayramın qədəm qoyduğu ilk gündən oruc tutanlar İslam qanunlarına uyğun oruclarını tutmuş və həyatda nə kimi günahları olubsa, o böyük Yaradandan bağışlanmalarını da ərz etmişlər.Elə bu səbəbdən də, mən də bir müsəlman övladı olaraq başda ölkə rəhbərimiz cənab İlham Əliyev olmaqla, Azərbaycan xalqını və yer kürəsində yaşayan bütün müsəlman qardaş və bacılarımızı ürəkdən təbrik edib, hər kəsə işıqlı gələcək, xoş ovqatlı günlər, sülh və əmin-amanlıq arzulayıram. Ən böyük arzum budur ki, Ramazan bayramının gəlişi hər zaman xalqımıza xoş günlər, firəvan həyat, sevincdolu anlar yaşatsın.
Baş redaktordan Ramazan bayramı təbriki
Rasafil Bayramov
“İctimai Xəbər Agentliyi”nin və “ATATV. az xəbər portalının rəhbəri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930