ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

KİÇİK KƏNDİN İGİDLƏRİ - VIDEO . FOTO

Baxış Sayı:449

KİÇİK KƏNDİN İGİDLƏRİ - VIDEO . FOTO

Respublikamızın hər yerində olduğu kimi Göyçayın gəncləri də erməni işğalçılarını torpaqlarımızda qovmaq üçün, könüllü olaraq cəbhəyə yollandılar.

Şəhid və yaralılarımız da oldu.Ancaq igidlərimiz torpaqlarımız uğrunda şəhid olan qardaş və balalarımızın qanlarını artıqlaması ilə aldılar.
Çox şükürlər ki, Ali Baş Komandanımızın güclü siyasəti və səyi nəticəsində şərəfsiz erməni ünsürləri üzərində qələbə təmin olundu.
Bu igidlərin zəfər yoluna az da olsa, işıq salmaq üçün Göyçay rayonunun Alıkənd kəndində bir əsgər ailəsi ilə görüşdüm.

Onu da deyim ki, bir neçə əsgər atasına müraciət etsəm də müsahibə verməyə utandılar ki, bizim uşaqlarımız heç kimin uşağından artıq deyil. Bütöv Azərbaycanımız üçün xalqımız Prezidentimizin ətrafında bir yumruq kimi birləşib.Bu hər bir azərbaycanlı kimi bizi də ruhlandırır.Qürür hissi keçiririk ki, bu uğurlarda bizim övladlarımızın da zəhməti var.
Oğul vətən üçündür !

Bir nəfər kimi görüşdüyüm bütün əsgər ataları bu sözü dedilər.
Zaur Yaqub oğlunu danışdırdım.Onun dedikləri:
Oğlum İsmayıla babamın adını qoymuşuq.
Evin bir oğludur.

Anasız böyütdüm onu.Böyüdü, orta məktəbi bitirdi və hərbi xidmətə çağrılanda qürur hissi ilə fikirdən ayrılıb hiss etdim ki, İsmayılım yetkin gəncdir, orduya bizi qorumağa gedir.

Düzünü desəm bir ata kimi sevincimdən kövrəldim də. O həqiqi hərbi xidməti başa vursa da, bir topçu kimi işğaldan azad olunmuş bölgələrində igidcəsinə əzmlə vuruşdu.Çox şükür ki, Prezidentimizin sülh müqaviləsini imzalaması müharibəyə son qoydu.Haqlı qələbəmiz əldə olundu.
Onu da deyim ki, kəndimiz kiçik olsa da, aşağıda adlarını çəkdiyim gənclərimiz vətən çağırışına bir övlad kimi səs verdilər.
Qoy onları hamı tanısın.Budur onlar:

( Həqiqi hərbi xidmətə gedənlər )
1.Fərəcov Aslan Mehdi oğlu
2.Mehdiyev Sadiq Azad oğlu
3. İslamov İsmayıl Zaur oğlu
4. Salmanov Saday Daşqın oğlu.
( Səfərbərlik )
5. Həsənov Vüsal Siyavuş oğlu
6. Qasımov Famil Şahverən oğlu
7. Şirinov Aqil Yədulla oğlu ( yaralı )
8. İslamov Sənan Dövlət oğlu
9. Əkbərov Kamil İlham oğlu
10.Cəbrayıliv Rakif Nahid oğlu və qardaşı Cəbrayılov Vasif Nahid oğlu
12. Məmmədov Ruslan Şahid oğlu
13. Bilalov Seyfəddin Ənvər oğlu
14. Bilalov Bilal Zülfü oğlu
15. İsmayılov Ülvi Abdulrəhman oğlu
16. Nəbiyev Fərrux Oktay oğlu.

Əlavə olaraq sizlərə Göyçay şəhidləri, bir neçə əsgərlərinin fotolarını təqdim edir və Göyçay rayonu, Alıkənd kəndində yaşayan əsgər atası Qasımov Şahverən Şamıl oğlu ilə müsahibəni təqdim edirəm.


ABİL İSLAM
İCTİMAİ XƏBƏR AGENTLİYİNİN direktor müavini,
Prezident təqaüdçüsü


KİÇİK KƏNDİN İGİDLƏRİ - VIDEO . FOTO
KİÇİK KƏNDİN İGİDLƏRİ - VIDEO . FOTO
KİÇİK KƏNDİN İGİDLƏRİ - VIDEO . FOTO
KİÇİK KƏNDİN İGİDLƏRİ - VIDEO . FOTO
KİÇİK KƏNDİN İGİDLƏRİ - VIDEO . FOTO
KİÇİK KƏNDİN İGİDLƏRİ - VIDEO . FOTO
KİÇİK KƏNDİN İGİDLƏRİ - VIDEO . FOTO
KİÇİK KƏNDİN İGİDLƏRİ - VIDEO . FOTO
KİÇİK KƏNDİN İGİDLƏRİ - VIDEO . FOTO
KİÇİK KƏNDİN İGİDLƏRİ - VIDEO . FOTO
KİÇİK KƏNDİN İGİDLƏRİ - VIDEO . FOTO
KİÇİK KƏNDİN İGİDLƏRİ - VIDEO . FOTO
KİÇİK KƏNDİN İGİDLƏRİ - VIDEO . FOTO
KİÇİK KƏNDİN İGİDLƏRİ - VIDEO . FOTO
KİÇİK KƏNDİN İGİDLƏRİ - VIDEO . FOTO

Oxşar xəbərlər
SON XƏBƏRLƏR