Heydər Əliyev adına NEZ-in əməkdaşları “YAŞAT” fonduna 195 min manatdan artıq vəsait köçürmüşlər

gundem
14 yan 2021
10:29
Heydər Əliyev adına NEZ-in əməkdaşları “YAŞAT” fonduna 195 min manatdan artıq vəsait köçürmüşlər

AtaTv.az a daxil olan məlumata görə SOCAR Azərbaycanın iqtisadi inkişafındakı aparıcı rolu ilə yanaşı ölkəmizin ictimai həyatında bir çox sosial layihələrə davamlı dəstəyini hər zaman nümayiş etdirməkdədir. Şirkətin strukturuna daxil olan digər müəssisələr kimi SOCAR-ın Heydər Əliyev adına Neft Emalı zavodu də ötən il ərzində sosial layihələrin aktiv iştirakçısı olmuşdur. Zavodun əməkdaşlarının və Həmkar İttifaqı Komitəsinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının fərmanı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılan “YAŞAT” Fonduna Trestin əməkdaşları tərəfindən könüllü ölaraq 2020-ci ilin dekabr ayı üzrə vəzifə maaşlarının 10%-i həcmində, 195.136 manat vəsait köçürüb.

2020-ci ildə COVID-19-la mübarizə tədbirləti çərçivəsində yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna NEZ-in işçiləri tərəfindən 34.591 manat, Silahlı Qüvvələrə Yardım Fonduna isə 235.320 manat məbləğində vəsait köçürülüb.

Qeyd edək ki, Heydər Əliyev adına Neft Emalı zavodunun 25 əməkdaşı torpaqlarımızın işğaldan azad olması uğrunda gedən Vətən müharibəsində iştirak etmiş, onlardan bir nəfər şəhid olmuşdur.
27.01.2021
14:09
Sabahın hava proqnozu