Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı

gundem / cemiyyet
14 yan 2021
12:14
Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı

Şuşa istiqamətində bir hərbçinin həlak olması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Atatv.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 12-də baş vermiş qəza nəticəsində Beyləqan rayonu Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb.

Faktla bağlı araşdırma başlayıb.

Qeyd edək ki, həlak olan hərbçi Həsən Yaqubov “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdi.
16.01.2021
11:48
Metro bağlı olacaq
16.01.2021
11:14
Salonlar açılır
15.01.2021
18:34
ANAMA ləğv edildi