“Twitter”in rəhbəri Trampın bloklanması barədə: “Bu, düzgün qərar idi”

gundem / maraqli
14 yan 2021
12:36
“Twitter”in rəhbəri Trampın bloklanması barədə: “Bu, düzgün qərar idi”

“Twitter” şirkətinin rəhbəri Cek Dorsi ilk dəfə hazırkı ABŞ Prezidenti Donald Trampın hesabının bloklanmasına münasibət bildirib.

Bu barədə “İzvestiya” yazıb.

Onun sözlərinə görə, qərar təhlükəli presedent təşkil etsə də, düzgündür.

“Mən Donald Trampı “Twitter”də bloklamalı olduğumuz üçün şad deyiləm və bununla fəxr etmirəm. Bu düzgün idimi? Hesab edirəm ki, bu “Twitter” üçün düzgün qərar idi”, - deyə C.Dorsi bildirib.
27.01.2021
14:09
Sabahın hava proqnozu