Lerik meşəsində yanğın

gundem
14 yan 2021
14:47
Lerik meşəsində yanğın


Lerik rayonunun Təbrizli kəndi yaxınlığında meşə ərazisində 1 ha sahədə xəzəl və qurumuş ağac kötükləri yanıb.

Bu barədə Fövqaladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Meşənin qalan hissəsi yanğından mühafizə olunub. Alov FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
27.01.2021
14:09
Sabahın hava proqnozu