Redaktorun qətlə yetirilməsinin təfərrüatı məlum olub – FOTO

gundem / kriminal
22 yan 2021
16:59
Redaktorun qətlə yetirilməsinin təfərrüatı məlum olub – FOTO


Dünən axşam saatlarında Şəmkir rayonunun Qədim Qala kəndində “Qərb bölgəsi press qəzetinin və Qərb.TV” internet televiziyasının redaktoru və təsisçisi Əliyev Bəxtiyar Adil oğlunun öldürülməsinin bəzi təfərrüatları məlum olub.

BAKU.WS-in yaydığı məlumata görə hadisə dünən axşam təxminən saat 20:00 radələrində baş verib.

Mərhumun dayısı oğlu Vasif Aslanov Bəxtiyar Əliyevi kəndin 4-cü küçəsi adlanan ərazisində ov tüfəngi ilə baş nahiyəsinə atəş açaraq öldürüb.

Bəxtiyar Əliyevin anası Zahidə Aslanova bildirib ki, hadisədən bir neçə gün öncə qardaşıoğlu Vasif Bəxtiyara dəfələrlə zəng edib: “Bəxtiyar mənə dedi ki, Vasif üç gündür mənə zəng edir. Mən Vasifə zəng etdim və nə istədiyini soruşdum. Dedi ki, heç nə, onunla üz-üzə görüşmək istəyirəm. Nə məsələ olduğunu isə mənə demədi. Dünən gecə isə oğlumu öldürdü”.

Bir digər məlumata görə, hadisəyə səbəb Bəxtiyar Əliyevin öz dayısı, qətli törədən Vasifin isə əmisi olan Mayıs adlı şəxsi həbs etdirməyə çalışması iddiasıdır.

Bildirək ki, hadisədən sonra Vasif Aslanov polisə təslim olub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb.
Redaktorun qətlə yetirilməsinin təfərrüatı məlum olub – FOTO
Redaktorun qətlə yetirilməsinin təfərrüatı məlum olub – FOTO
Redaktorun qətlə yetirilməsinin təfərrüatı məlum olub – FOTO