DİN-dən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ

gundem / sosial
23 yan 2021
12:48
DİN-dən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ



Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib.

DİN-dən verilən məlumata görə, sosial şəbəkələrdə, xüsusən “Instagram” platformasında pullu xidmət qarşılığında dələduzluq əməllərinin artması müşahidə olunur:

“Aldatma, etibardan sui-istifadə etmək yolu ilə müxtəlif adlar altında təklif edilən xidmətlər sırasında belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesab parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izlənilməsinin mümkünlüyü ilə bağlı vədlər verir. Bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxararaq, ödənişi onlayn formada qəbul etdikdən sonra səhifələr sifarişçiyə təqdim olunmur.

Virtual məkanda yüksək əməkhaqqı müqabilində işə düzəltmək adı ilə də vətəndaşlarımızı aldadan şəxslər “xidmət” göstərirlər. Onlar şəbəkədə yerləşdirdikləri