Rusiya ABŞ-a etiraz notası verdi

gundem / dunya
28 yan 2021
08:36
Rusiya ABŞ-a etiraz notası verdi


“Rusiyadakı etiraz aksiyaları haqda feyklərin yayılması ilə əlaqədar ABŞ-ın Moskvadakı səfirliyinin nümayəndəsinə etiraz notası təqdim edilib”.

“RİA Novosti”yə xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Təxribat xarakterli kontentin sistemli şəkildə tirajlandığı Amerika rəqəmsal platformalarında Rusiya haqqında feyklərin kütləvi şəkildə yayımlanması, öz növbəsində bu məlumatların ABŞ-ın Moskvadakı səfirliyi tərəfindən də koordinasiyalı şəkildə yayılması qeydə alınıb”, - deyə qurumda qeyd ediblər.

Etiraz notasında bildirilir ki, Rusiya tərəfi cavab addımları atmaq hüququnu özündə saxlayır.