Ölkə tarixində ilk beşəm: Hüseyn, Həsən, Xədicə, Fatma və Zəhra...

gundem / maraqli
28 yan 2021
09:00
Ölkə tarixində ilk  beşəm: Hüseyn, Həsən, Xədicə, Fatma və Zəhra...

Xəbər verildiyi kimi, Tacikistanın Xatlon vilayətinin Kubodiyen rayonunda beşəm uşaq doğulub.

Atatv.az yerli mediaya istinadla ölkə tarixində ilk dəfə eyni vaxtda 5 övlada sahiblənmiş ata-ananın övladlarına hansı adları qoyması haqda məlumat əldə edib.

Xoşbəxt ana- 31 yaşlı Dilnoza Mamatova və ata – Barot Baboyev üçü qız, ikisi oğlan olan övladlarına Peyğəmbərimiz Məhəmməd əleyhissəlamın ailə üzvlərinin adlarını qoymağı qərara alıblar: Hüseyn, Həsən, Xədicə, Fatma, Zəhra...

Həkimlərin bildirdiyinə görə, ana və uşaqlar özlərini yaxşı hiss edirlər. Uşaqlar ciddi nəzarət altındadır.

Vilayət rəhbərliyi artıq 7 övlada sahib olan gənc ailəyə maliyyə və ərzaq yardımı edib, evlərinin təmir ediləcəyi vəd edilib.