Vilayət Eyvazov DİN-də iki qurumu birləşdirdi

gundem / siyaset
22 fev 2021
17:15
Vilayət Eyvazov DİN-də iki qurumu birləşdirdi

Azərbaycanın daxili işlər orqanlarında struktur dəyişikliyi olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondu nazirliyin Maliyyə-Plan İdarəsi ilə birləşdirilib.

Quruma rəhbərlik isə müvəqqəti olaraq polis polkovniki Şəhriyyar Hasilova həvalə edilib.

Qeyd edək ki, bir neçə gün öncə Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru Sadiq Gözəlov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.