Paşinyan tərəfdarları qarşısına çıxdı - Canlı+Yenilənib

gundem / dunya
25 fev 2021
14:56
Paşinyan tərəfdarları qarşısına çıxdı - Canlı+Yenilənib

Ermənistan Baş naziri Nikol Paşinyan Respublika Meydanında tərəfdarlarının qarşısına çıxıb.

Paşinyan mərkəzi küçədə gəzərək səs gücləndirici ilə tərəfdarları qarşısında çıxış edir.

“Birincisi, toqquşma təhlükəsi hər zaman var. Ancaq hamımız bunun Ermənistanda baş verməməli olduğu ilə razılaşmalıyıq. Ən əsası hamımızın sakit olmağımızdır. Ölkə içində düşmənimiz yoxdur. Bu, ən vacib həqiqətdir. Ancaq müzakirə edilməsi lazım olan suallar var”,- deyə Paşinyan qeyd edib.

Ermənistan Silahlı Qüvvələrinin hazırda kimə tabe olduğu soruşulduqda, Paşinyan “Xalqa və Baş nazirə”,- deyə cavab verib.

“Başqa variant yoxdur” ,- deyə Paşinyan əlavə edib.

Onun sözlərinə görə, çevriliş təhlükəsi nəzarət altındadır.

“Düşünürəm ki, bu emosional bir reaksiyadır. Və qardaşlarımıza qarşı sərt davranmamalıyıq”,- deyə o qeyd edib.

***

Hazırda Nikol Paşinyan və onun tərəfdarları İrəvanın mərkəzində yürüş edirlər.

Baş naziri oğlu Aşot müşayiət edir. Hökumət başçısının tərəfdarları “Nikol baş nazirdir!” şüarlarını səsləndirirlər.

Paşinyana dəstək aksiyasının təhlükəsizliyi polis qüvvələri tərəfindən təmin edilir.


“Qafqazinfo”
27.03.2024
12:47
Sabah 21° isti olacaq
27.03.2024
08:51
Bu yollarda TIXAC var