ADPU-da şöbələrdən biri ləğv edildi

gundem / sosial
6 mar 2021
12:56
ADPU-da şöbələrdən biri ləğv edildi


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) struktur dəyişikliyi edilib.

Bunu universitetin Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev elmi şuranın iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, qurumun “İctimaiyyətlə əlaqələr və marketinq” şöbəsi ləğv edilərək “Tədbirlərin təşkili və tələbələrlə iş” şöbəsinə birləşdirilib.

“Yeni yaradılan şöbə “Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr” şöbəsi adlandırılır. Qərar layihəsi elmi şura tərəfindən yekdilliklə qəbul edilərək yeni təşkil edilən "Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr" şöbəsinin struktur və əsasnaməsi təsdiq edilib”, - deyə prorektor əlavə edib.
10.04.2021
11:38
Bakıda gəmi yanır
10.04.2021
10:09
DİN-də yeni TƏYİNAT