Azərbaycan böyük investorlar üçün artıq daha maraqlı ölkədir

gundem / sosial / cemiyyet
6 mar 2021
19:04
Azərbaycan böyük investorlar üçün artıq daha maraqlı ölkədir
Fevralın 26-da yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirən Prezident İlham Əliyev Azərbaycan-Türkiyə münasibətləri və Türkiyənin bölgədəki fəaliyyəti barədə yerli və xarici kütləvi informasiya vasitələrinin əməkdaşlarının suallarına ətraflı cavablandırmışdır. Cənab Prezident bildirmişdir ki, Rusiya-Türkiyə monitorinq mərkəzinin fəaliyyət prinsipləri noyabrın 10-da imzalanmış bəyanatda öz əksini tapmışdır. Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib. İndi əcnəbi investorlar Azərbaycana daha fəal şəkildə sərmayə qoyacaqlar.Prezident həmçinin bildirib ki, region dövlətləri ilə aramızda regionların gələcək inkişafı inteqrasiya lahiyələrinin icrası ilə bağlı fikir ayrılığı yoxdur. .
Bütün tərəfdaş və maraq göstərən ölkələr bərpa işlərinə cəlb oluna bilərlər. Dost ölkələrdən olan şirkətlər bərpa işlərinə cəlb olunacaq.
Qarabağın yenidən bərpası prosesində Türkiyə mühüm rol oynayacaqdır. Türkiyəli şirkətlər artıq bu layihələrdə önəmli yer alıblar. Füzuli-Şuşa yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətdədir. Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da türk şirkətləri fəaliyyət göstərirlər. Dövlət xətti ilə icra edilən layihələrdən çox yer alan Türkiyə şirkətləridir. Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanla cənab İlham Əliyevin dəfələrlə danışıqları olub. Azərbaycan bütün bu işləri Türkiyə şirkətləri ilə birgə görəcəkdir. Türk şirkətləri bu günə qədər Azərbaycanda 10 milyard dollardan çox olan layihələrdə iştirak ediblər. İşğaldan azad olunmuş ərazilərdə müasir infrastruktur inşa olunacaq. Füzulidə aeroportun tikilməsi artıq başlanıb. Bərpa işləri sistemli və planlı şəkildə aparılacaqdır ki, Pilot layihələrin icrası da başlanır ki bu layihələrdən biri - “ağıllı kənd” layihəsi artıq icra olunur. Reallaşacaq layihələrdə müasir texnologiyaların potensialına geniş müraciət olunacaq.Ərazilərin bərpa olunması üçün bütün imkanlar səfərbər olunacaq. Dövlətin 2,2 milyard manat investisiyası bir başlanğıcdır.Bunu şəraitdən, strateji planlardan asılı olaraq mərhələli şəkildə etmək lazımdır. Prezident İlham Əliyevin bu il fevralın 15-də Füzuli rayonunda təməlini qoyduğu Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası davam etdirilir. Uzunluğu 100 km olacaq bu infrasturktur layihəsi işğaldan azad olunmuş torpaqlara gediş-gəlişində mühüm rol oynayacaq və ən vacibi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında birbaşa dəmir yolu əlaqəsinin yaranmasına imkan verəcək. Konfransda cənab prezident Qarabağın regionun müasir və ən inkişaf etmiş ərazisinə çevriləcəyi barədə məlumat vermişdir.İşğaldan azad olunmuş ərazilərdə müasir infrastruktur inşa olunacaq. Füzulidə aeroportun tikilməsi artıq başlanıb. Ərazinin minalardan təmizlənməsi ilə bağlı məsələlərin həllinə operativ surətdə başlanıb. Aeroportun uçuş-enmə zolaqları və aeroportun fəaliyyətini təmin edəcək naviqasiya sistemləri operativ istifadəyə veriləcək. Aeroport beynəlxalq hava limanı olacaq. Uçuş-enmə zolaqları ən ağır təyyarələr və yük təyyarələri də daxil olmaqla bütün növ təyyarələri qəbul edə biləcək. Hava limanından həm xaricdən alacağımız yüklər nəzərə alınmaqla ərazilərin bərpası üçün, həm də qonşu dövlətlərin vətəndaşlarının Şuşa şəhərinə rahat gedib-gəlmələri üçün istifadə olunacaq. Bərpa işləri sistemli və planlı şəkildə aparılacaq. Şəhərlərin və kəndlərin inkişafının baş planlarının tərtib edilməsi prosesi artıq başlanıb. Vətəndaşların qayıtması üçün əsas mərhələlər bunlardır. Pilot layihələrin icrası da başlanıb. Bir layihə – “ağıllı kənd” layihəsi artıq icra olunur. 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaradılmalıdır. Onlar layiqli yaşamağa və müasir dünyanın bütün nemətlərindən istifadə etməyə layiqdirlər.Cənab prezident həm də əlavə etdi ki, Reallaşacaq layihələrdə müasir texnologiyaların potensialına geniş müraciət olunacaq. “Ağıllı kənd” layihəsi artıq reallaşmaqdadır. Zəngilan rayonunun üç kəndində – Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Cari ilin sonuna qədər layihə tam başa çatacaqdır. Orada təqribən 1000-ə yaxın insan yerləşəcək. Lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaqlar. Belə pilot layihələr çox ola bilər. Ərazilərin bərpa olunması üçün bütün imkanlar səfərbər olunacaq. Dövlətin 2,2 milyard manat investisiyası bir başlanğıcdır. Qarabağın bərpası barədə təklif edilmiş investisiya proqramından bu il həyata keçiriləcək layihələrdən təxminən bir milyard manatı praktik olaraq paylanıb. Layihələr infrastruktur layihələridir, onlaravəsait ayrılır. Bu, elektrik enerjisi, yollar, dəmir yolları, minalardan təmizləmə və sairə sahələrdir.

İlkin Ağayev
Masallı şəhər sakini
10.04.2021
11:38
Bakıda gəmi yanır
10.04.2021
10:09
DİN-də yeni TƏYİNAT