​Rayonlara gediş-gəliş təkrar bağlana bilər? - AÇIQLAMA

gundem / cemiyyet
6 mar 2021
23:38
​Rayonlara gediş-gəliş təkrar bağlana bilər? - AÇIQLAMA

Əgər həddən artıq yoluxma olsa, bu zaman rayonlara gediş-gəliş bağlana bilər.

Bu sözləri Azadinfo.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O, yoluxma çoxalarsa, yolların təkrar bağlana biləcəyini bildirib:

“Bəli, yoluxma sayında artım müşahidə edilir. Ümumiyyətlə, burada ən mühüm şey karantin qaydalarının şərtləşdirilməsidir. Qapalı yerlərdə qoruyucu maska taxmaq, sosial məsafə gözləmək, əlləri dezinfeksiya etmək lazımdır. Bunlar nə qədər gözlənilmirsə, problem də o qədər çoxalır.

Yəni, əvvəlki azadlıq, əvvəlki rahatlıq olmamalıdır, karantin qaydaları ciddi şəkildə gözlənilməlidir. Bunlar olmadıqca, yoluxma da artacaq".
10.04.2021
11:38
Bakıda gəmi yanır
10.04.2021
10:09
DİN-də yeni TƏYİNAT