“İstanbulu BMT-nin mərkəzinə çevirəcəyik” - Çavuşoğlu

gundem / dunya
7 apr 2021
08:59
“İstanbulu BMT-nin mərkəzinə çevirəcəyik” - Çavuşoğlu


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkırla görüşüb.

Bu barədə o, tvitter səhifəsində bildirib.

“BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri kimi Türkiyəyə ilk rəsmi səfərə gələn Volkan Bozkırla görüş keçirdim. Onun rəhbərliyi ilə pandemiyaya baxmayaraq, Baş Assambleyanın işi fasiləsiz davam edir”, - Çavuşoğlu yazıb.

Nazir vurğulayıb ki, Türkiyə BMT-də mühüm rol oynamaqda və Bozkıra dəstək verməkdə davam edəcək.

“Biz İstanbulu BMT-nin mərkəzinə çevirəcəyik”, - türk diplomatiyasının başçısı yazıb.

Qeyd edək ki, BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri V. Bozkır bu vəzifədə ilk rəsmi səfərini Türkiyəyə edib. Onun səfər çərçivəsində Azərbaycana gəlməsi də gözlənilir.
10.04.2021
11:38
Bakıda gəmi yanır
10.04.2021
10:09
DİN-də yeni TƏYİNAT