Yoluxanların və ölənlərin sayı artdı

gundem / cemiyyet
7 apr 2021
14:47
Yoluxanların və ölənlərin sayı artdıAzərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 595 yeni yoluxma faktı qeydə alınıb, 1 073 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 276 464 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 244 540 nəfər müalicə olunaraq sağalıb, 3 780 nəfər vəfat edib, aktiv xəstə sayı 28 144 nəfərdir.

Ölkədə son sutka ərzində 14 593 test aparılıb.

Qeyd edək ki, ötən gün sutka ərzində 2 035 nəfər koronavirusa yoluxmuş, 32 nəfər isə vəfat etmişdi.
10.04.2021
11:38
Bakıda gəmi yanır
10.04.2021
10:09
DİN-də yeni TƏYİNAT