Ceyhun Bayramov Erkan Özorala uğur arzuladı - FOTO

gundem
7 apr 2021
19:10
Ceyhun Bayramov Erkan Özorala uğur arzuladı - FOTO


Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özorala diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar təşəkkür edib və ona uğur arzulayıb.

Bununla bağlı C.Bayramov öz “Twitter” səhifəsində paylaşım edib.

“Ölkəmiz üçün tarixi bir dövrdə qardaş Türkiyənin səfiri qismində önəmli vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəldiyinə və arasındakı yüksək səviyyəli münasibətlərə verdiyi töhfəyə görə cənab Erkan Özorala təşəkkür edir, ona gələcək fəaliyyətində uğurlar arzulayıram”, - deyə XİN başçısı bildirib.
10.04.2021
11:38
Bakıda gəmi yanır
10.04.2021
10:09
DİN-də yeni TƏYİNAT