atatv.az
atatv.az

Birinci vitse-prezidentin köməkçilərinin sayı artırıldı

27-06-2018, 16:55

Birinci vitse-prezidentin köməkçilərinin sayı artırıldı
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırılıb.

Atatv.az apa-ya istinadən xəbər verir ki, bu, prezident İlham Əliyevin “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 may tarixli 2922 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə” sərəncamda əksini tapıb.

Dəyişikliyə əsasən, Birinci vitse-prezidentin köməkçilərinin sayı 5-dən 6-ya qaldırılıb.

Birinci vitse-prezidentin işlərinin təminatı sektorunda isə işçi ştatının sayı 9 ştatdan 14 ştata qədər artırılıb.

Qeyd edək ki, hələlik Birinci vitse-prezidentin 4 köməkçisi təyin edilib.

Bunlar Anar Ələkbərov, Yusif Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimovdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031