atatv.az
atatv.az

“Məcburi əməyə qarşı mübarizəyə dair hüquqi maarifləndirmə” mövzüsünda tədbir keçirilib

29-06-2018, 18:25

“Məcburi əməyə qarşı mübarizəyə dair hüquqi maarifləndirmə” mövzüsünda tədbir keçirilib
“Müasir cəmiyyət və qadın hüquqları” İctimai Birliyinin sədri Xanım Əhmədzadə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdikləri “Məcburi əməyə qarşı mübarizəyə dair hüquqi maarifləndirmə tədbirləri” mövzüsünda dəyirmi masa keçirilib.

Atatv.az xəbər verir ki, layihəsi barədə məlumat verən Xanım Əhmədzadə bildirib ki, məcburi əmək əksər dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən ciddi transmilli cinayət təhdidlərindən biri kimi qəbul edilir. Məcburi əmək təhlükəsi barədə hüquqi maarifləndirmə işinin davamlı surətdə aparılması, dövlət orqanlarının və vətəndaş cəmiyyəti institutlarının əlaqəli fəaliyyətinin gücləndirilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, kadrların peşəkarlığının artırılması, əməliyyat potensialının, beynəlxalq münasibətlərin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsi cinayət risklərinin azalmasına səbəb olan amillərdəndir.

Azərbaycanda hüquq və azadlıqların qorunması sahəsində güclü qanunverici bazanın, normativ hüquqi aktların mövcudluğuna baxmayaraq, məcburi əmək və insan alveri cinayətinin olması faktları kifayət qədər çoxdur. Bunun əsas səbəblərindən biri vətəndaşların bu cinayətlə əlaqədar qüvvədə olan qanunlar, fərman və sərəncamlar haqqında təsəvvürünün, məlumatının az olmasıdır.

Dünyanın əksər ölkələrində baş verən maliyyə böhranı, silahlı münaqişələrin coğrafiyasının böyüməsi, həmin səbəblərdən ucuz işçi qüvvəsinə olan tələbatın artması və tənzimlənməyən miqrasiya axınının ortaya çıxması da məcburi əməyin genişlənməsində xüsusi rol oynayır. Əməyin istismarı xarakteri daşıyan işə məcbur olunanların, məcburi əməyin qurbanına çevrilənlərin və potensial qurbanların hüquqlarının müdafiəsi ilə bağlı problemlərin, cinayətlərin, məhkəmə çəkişmələrinin mövcudluğu, bu istiqamətdə hüquqi maarifləndirmə işinə ehtiyac olduğuna ciddi zəmin yaradır. Maarifləndirmədə əsas məqsəd məcburi əməyə qarşı mübarizənin güclənməsindən, vətəndaşların öz hüquq və vəzifələrini daha yaxşı bilməsinə, problemlə qarşılaşdıqları zaman məcburi əməyin qurbanına çevrilməmək üçün hansı zəruri tədbirləri görməli olduqları barədə yardım göstərməkdən ibarətdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930