Bu gündən temperatur 4-5 dərəcə aşağı düşəcək

gundem / maraqli
29 iyun 2021
10:20
Bu gündən temperatur 4-5 dərəcə aşağı düşəcək
Bir neçə gündür ki, ölkə ərazisində anomal istilər müşahidə edilir. Paytaxtda havanın maksimal temperaturu 42 dərəcəyə, rayonlarda isə 44 dərəcəyədək yüksəlib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında bildirib ki, quru və qızmar hava kütlələrinin cənub şərqdən ölkə ərazisinə daxil olması ilə əlaqədar olaraq hava günəşli və isti keçdi:

“2020-ci ildə havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 40.4 dərəcə idisə, artıq 2021-ci ildə 42 dərəcədəyək isti müşahidə edilib.

Mərkəzi Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında temperatur 42-44 dərəcəyədək, dağlıq ərazilərdə isə 32 dərəcəyədək yüksəlib. Lakin bir neçə gün davam edən isti hava şəraitindən sonra bu gündən etibarən cənub şərq küləyi mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu artıq ötən günlərlə müqayisədə 4-5 dərəcə aşağı enəcək”.
27.03.2024
12:47
Sabah 21° isti olacaq
27.03.2024
08:51
Bu yollarda TIXAC var