atatv.az
atatv.az

İcra başçısı ilə birlikdə güllələnən mühafizəçi QASIM AŞBAZOV - FOTO

4-07-2018, 13:16

İcra başçısı ilə birlikdə güllələnən mühafizəçi QASIM AŞBAZOV - FOTO
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd zamanı güllələnən mühafizəçi Qasım Aşbazovun fotosunu əldə etmişik. Dia.az Criminal.az-a isitinadən xəbər verir ki, əldə etdiyi məlumata görə, Q.Aşbazov polis əməkdaşı olub.
Ağır güllə yarası alan E.Vəliyev bu vertolyotla Bakıya göndərilib.
Hadisə dünən saat 20:00 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin önündə yerləşən mərkəzi meydanda baş verib. Meydandakı pilləkəndə Yunis Səfərov və hələlik adı məlum olmayan qırmızı köynəkli şəxs icra başçısına hücum edib.

Rusiya vətəndaşı olan Y.Səfərov ötən il Gəncə şəhərində mühafizə polisinin əməkdaşını dəmirlə döyərək xidməti silahını əlindən alıb və hadisə yerindən qaçıb. Həmin vaxtda axtarışa verilib. Bir müddət əvvəl icra başçısı ilə hadisəni törədən şəxs arasında mübahisə olub və Yunis Səfərov Elmar Vəliyevə onu güllələyəcəyi barədə xəbərdarlıq edib.
Faktla bağlı hüquq-mühafizə orqanları hələlik məlumat yaymayıb.
İcra başçısı ilə birlikdə güllələnən mühafizəçi QASIM AŞBAZOV - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031