atatv.az
atatv.az

GÜCLÜ, QÜDRƏTLI AZƏRBAYCAN NAMİNƏ!

5-07-2018, 20:32



Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edən strategiya Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Azərbaycanın sosial-iqtisadi inkişafı hər il Respublikanın makroiqtisadi göstəricilərində özünün hərtərəfli təzahürünü tapır. Son illər dünya iqtisadiyyatında yaranmış böhranlara baxmayaraq Azərbaycan iqtisadiyyatı həyata keçirilən islahatlar nəticəsində dayanaqlığını və rəqabət qabiliyyətini qoruyub saxlayır. Azərbaycanın dinamik inkişafı sənaye, kənd təsərrüfatı, bank-maliyyə və xüsusilə qeyri neft sektoruna transformasiya olunmuşdur. Sənaye sahələrinin və kənd təsərrüfatının inkişafı sahibkarlığın inkişafına təkan vermiş, orta və iri sahibkarların dünya bazarına çıxışına dəstək olmuşdur.
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı elm, təhsil, mədəniyyət, idman, turizm, ordu quruculuğu, səhiyyə, kənd təsərrüfatı və digər sahələri əhatə etmişdir. Sosialyönümlü sahələrin inkişafı Azərbaycan vətəndaşlarının firavan rahat yaşamasına xidmət edən, qlobal layihələrin həyata keçirilməsi ilə müşayət olunur. Ölkə iqtisadiyyatının şaxələndirilməsi infrastrukturun təkmilləşməsi ilə paralel olaraq yerli istehsalın inkişafı üçün münbit şərait yaratmışdır. Kiçik və orta sahibkarlığın inkişafı öz növbəsində yeni iş yerlərinin açılmasına imkan verir. Ona görə sahibkarlığın inkişafı Azərbaycan iqtisadiyyatı üçün aktual olaraq qalır.
İqtisadiyyatın bütün sahələrini əhatə edən islahatların həyata keçirilməsində Möhtərəm Prezident İlham Əliyev cənablarına dəstək olaraq təsis etdiyimiz “Ümummilli Lider Heydər Əliyev adına Azərbaycanın Dostları Beynəlxalq Klubu” İctimai Birliyinin məqsəd və vəzifələri Azərbaycanı güclü və qüdrətli dövlət olaraq görmək, Azərbaycan xalqının maddi rifah halının yaxşılaşması və torpaqlarımızın işğaldan azad olunmasında Möhtərəm Prezident cənab İlham Əliyevə dəstək olmaq, vətənə xalqa xidmət etməkdir.
Bu vəzifəni Azərbaycanımızdan uzaqda olsalar da vətən, el üçün canları, qanları ilə hər an vətənimizə dayaq olan minlərlə soydaşlarımız vardır. Belə soydaşlardan biri Qazaxstanda fəaliyyət göstərən Dünya Azərbaycanlıları Konqresinin rəhbəri Araz Xudiyevdir. O, Qazaxıstanda yaşasa da ölkəmizdə baş verən ictimai-siyasi prosesləri yaxından izləyəyərək onların həyata keçməsinə dəstək olur.
Dünya Azərbaycanlıları Konqresini yaratmaqla kifayətlənməmiş və onun davamı olaraq “Ümummilli Lider Heydər Əliyev adına Azərbaycanın Dostları Beynəlxalq Klubu” İctimai Birliyinin yaranmasına təkan vermişdir. Klubun yaranmasının İdeya müəllifi, qurucusu olmuş və klubun təsisçiləri tərəfindən fəxri sədri seçilmişdir. Araz Xudiyev Qazaxstanda yaşayan beş yüz mindən çox soydaşlarımızla birlikdə Azərbaycanın çiçəklənməsi naminə əlindən gələn dəstəyi göstərməkdədir.
Biz “Ümummilli Lider Heydər Əliyev adına Azərbaycanın Dostları Beynəlxalq Klubu” İctimai Birliyinin üzvləri Prezident İlham Əliyev cənablarının və xalqımızn yanındayıq.
Var olsun – Güclü, qüdrətli Azərbaycan.

Sədr: Tahirə İsmayılova






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031