atatv.az
atatv.az

Ramil Usubov Kamran Əliyevi vəzifədən azad etdi - YENİ TƏYİNAT

4-04-2018, 14:56

Ramil Usubov Kamran Əliyevi vəzifədən azad etdi - YENİ TƏYİNAT
DİN Baş Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi edilib.

Atatv.az avtosfer.az-a istinadən xəbər verir ki, uzun illərdir mətbuatla sıx əlaqələr qurmağı bacaran polkovnik Kamran Əliyev Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Daxili işlər naziri Ramil Usubovun əmri ilə Kamran Əliyev BDYPİ-nin Yol-Patrul Xidməti şöbəsinə rəis təyin edilib. Bu vəzifədə bundan əvvəl polkovnik Ərəstun Məcidov çalışırdı. O, bir neçə ay əvvəl təqaüdə çıxdığı üçün həmin şöbədə rəis postu boş idi.
Kamran Əliyevin indiyədək rəhbərlik etdiyi İctimaiyyətlə əlaqələr şöbəsinə də təyinat olub. Belə ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, mayor Rüfət Quliyev Baş İdarəinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930