Güclü külək olacaq - Xəbərdarlıq

gundem / cemiyyet
12 okt 2021
17:40
Güclü külək olacaq - Xəbərdarlıq

Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 13-ü gündüz cənub-qərb küləyi əsəcək, sürəti saniyədə 15-18 metr olacaq, arabir 20 metrədək güclənəcək, oktyabrın 14-ü isə gündüz şimal-qərb küləyinin əsəcəyi, sürətinin 15-20 metr/saniyə olacağı, arabir 23 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 13-14-də cənub-qərb, qərb küləyinin sürətinin saniyədə 15-18 metr olacağı, ayrı-ayrı yerlərdə arabir 20-23 metrədək güclənəcəyi gözlənilir.